Ən-Nəhl surəsi · 86-cı ayə

Və müşriklər Allahın şəriki sandıqlarını gördükdə «ey Rəbbimiz, Sənin yerinə çağırdığımız şəriklərimiz bunlardır» deyərlər. Onda şəriklər onlara «həqiqətən siz yalançısınız (biz əsla Allahın şəriki olmamışıq və siz də öz nəfsi istəklərinizə ibadət edirdiniz)» (deyə) bu sözü qaytararlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 86
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Şirkə uğrayanlar (uydurduqları) şəriklərini gördükləri vaxt deyərlər: "Pərvərdigara, bunlar sənin yerinə çağırdığımız şəriklərdir.” (Şəriklər dilə gəlib) onların sözlərini özlərinə qaytararlar ki, siz, şübhəsiz, yalançılarsınız.”
Nöqtələr
Rəvayətlərə əsasən Qiyamətdə müxtəlif dayanacaqlar var. Bəzi dayanacaqlarda dodaqlar möhürlənər və əl-ayaq şəhadət verər. Digər bir dayanacaqda nalələr və yalvarışlar göyə ucalar. Növbəti dayanacaqda insan öz günahlarını başqasının boynuna atmaq istəyər. Məsələn, şeytana deyər: "Sən məni şirk və küfrə vadar etdin”. Şeytan ona belə cavab verər: "Mən ilk gündən sizin şirkinizə müxalif idim.” Allah hətta həzrət İsaya belə xitab edər: "Sən özünü və ananı xalqa məbud kimi tanıtdırdın?” Həzrət İsa cavab olaraq deyər: "Sən şəriki olmaqdan paksan...” Haqqında danışdığımız ayədə də Allaha şərik qoşulmuş mövcudlar müşriklərdən üz çevirib, onları təkzib edərlər.
Bildirişlər
1. Allaha şərik yoxdur. Müşriklər onların şərik olduğunu düşünürlər.
2. İnsan Qiyamət qorxusunun təsirindən özünü xilas etmək üçün yükünü başqasının çiyninə atar.
3. Saxta məbudlar da Qiyamət günü səhnəyə gətirilər.
4. Qiyamətdə özünü müdafiə üçün bütlər də danışar.
5. Bütlər pərəstiş üçün ləyaqətləri olmadığını bildirərlər və bütpərəstlərə deyərlər: "Siz əslində öz xəyallarınıza pərəstiş edirdiniz.”

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 86-cı ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 86-cı ayəsi nə haqqındadır?
Və müşriklər Allahın şəriki sandıqlarını gördükdə «ey Rəbbimiz, Sənin yerinə çağırdığımız şəriklərimiz bunlardır» deyərlər. Onda şəriklər onlara «həqiqətən siz yalançısınız (biz əsla Allahın şəriki olmamışıq və siz də öz nəfsi istəklərinizə ibadət edirdiniz)» (deyə) bu sözü qaytararlar.
Ən-Nəhl surəsi 86-cı ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 86-cı ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 86-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 86-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 86-cı ayənin təfsiri nədir?
"Şirkə uğrayanlar (uydurduqları) şəriklərini gördükləri vaxt deyərlər: "Pərvərdigara, bunlar sənin yerinə çağırdığımız şəriklərdir.” (Şəriklər dilə gəlib) onların sözlərini özlərinə qaytararlar ki, siz, şübhəsiz, yalançılarsınız.”NöqtələrRəvayətlərə əsasən Qiyamətdə müxtəlif dayanacaqlar var. Bəzi dayanacaqlarda dodaqlar möhürlənər və əl-ayaq şəhadət verər. Digər bir dayanacaqda nalələr və yalvarışlar göyə ucalar. Növbəti dayanacaqda insan öz günahlarını başqasının boynuna atmaq istəyər. Məsələn...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.