Ən-Nəhl surəsi · 33-cü ayə

Məgər (bu müşriklər ölüm) mələyin(in və ya dünya əzabının) onların sorağına gəlməsindən, yaxud Rəbbinin (Qiyamətin bərpa olması) əmrinin yetişməsindən başqa bir şey gözləyirlər?! Onlardan əvvəlkilər də belə etdilər (ki, onlara əzab nazil oldu). Allah onlara zülm etmədi və lakin onlar (özləri) özlərinə zülm edirdilər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 33
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Yoxsa kafirlər (ruhlarını çıxaracaq) mələklərin Rəbbinin əmrinin soraqlarına gəlməsindən başqa bir şeymi gözləyirlər?! Onlardan əvvəlkilər də belə etdilər. Allah onlara zülm etmədi, amma onlar özlərinə zülm edirdilər.”
Nöqtələr
"Bəqərə” surəsinin 210-cu, "Ənam” surəsinin 158-ci ayələri də bu ayənin oxşarıdır.
Peyğəmbərin nəsihətindən oyanmayanlar Allahın əzab qamçısından oyanarlar. Amma bunun nə faydası?!
Bildirişlər
1. Kafirlər Allahın qəhr-qəzəbini görməyincə öz küfrlərindən əl çəkməzlər.
2. Allahın dünyadakı qəhr-qəzəbi intiqam üçün yox, tərbiyə üçündür.
3. Şirk, küfr və təkəbbürçülük cərəyanı tarix boyu fəal olmuşdur.
4. İlahi əzab bizə zülm deyil. Zülm öz əməllərimizdir.
5. Küfr və təkəbbür öz insanlığımıza zülmdür.
6. Zülm və tüğyanın davamı təhlükəlidir.
7. Höccət tamamlandıqdan, peyğəmbərlər və kitablar göndərildikdən sonra əzabın gəlişi zülm yox, məhz ədalətdir.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 33-cü ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 33-cü ayəsi nə haqqındadır?
Məgər (bu müşriklər ölüm) mələyin(in və ya dünya əzabının) onların sorağına gəlməsindən, yaxud Rəbbinin (Qiyamətin bərpa olması) əmrinin yetişməsindən başqa bir şey gözləyirlər?! Onlardan əvvəlkilər də belə etdilər (ki, onlara əzab nazil oldu). Allah onlara zülm etmədi və lakin onlar (özləri) özlərinə zülm edirdilər.
Ən-Nəhl surəsi 33-cü ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 33-cü ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 33-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 33-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 33-cü ayənin təfsiri nədir?
"Yoxsa kafirlər (ruhlarını çıxaracaq) mələklərin Rəbbinin əmrinin soraqlarına gəlməsindən başqa bir şeymi gözləyirlər?! Onlardan əvvəlkilər də belə etdilər. Allah onlara zülm etmədi, amma onlar özlərinə zülm edirdilər.”Nöqtələr"Bəqərə” surəsinin 210-cu, "Ənam” surəsinin 158-ci ayələri də bu ayənin oxşarıdır.Peyğəmbərin nəsihətindən oyanmayanlar Allahın əzab qamçısından oyanarlar. Amma bunun nə faydası?!Bildirişlər1. Kafirlər Allahın qəhr-qəzəbini görməyincə öz küfrlərindən əl çəkməzlər.2. Allahı...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.