Əl-Kəhf ‏ surəsi · 63-cü ayə

Dedi: «Gördün? Biz o daşın yanında olanda, mən balığı(n məsələsini sənə deməyi) unutdum və onu (sənə) deməyi mənə yalnız Şeytan unutdurdu. O balıq təəccüblü bir tərzdə dənizdə öz yolunu tutub getdi (dirildi. Yaxud: O hansı tərəfə üzürdüsə, dənizin suyu kanal kimi açıq qalırdı).»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 63
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"(Həmin gənc) dedi: "Yadındadırmı, qayaya sığındığımız vaxt mən balığı unutdum. Onu mənə yalnız şeytan unutdurdu. Qəribədir, balıq dənizdə öz yolunu tutdu.”
Nöqtələr
Sübh yeməyi "ğəda”, axşam yeməyi "əşa” adlanır.
İmam Sadiq (ə) bildirir ki, həzrət Musa üç dəfə aclıqdan şikayətləndi: Şüeybin qızlarına su gətirib onlara kömək edəndə, (bir qırağa çəkilib dedi: "Pərvərdigara! Mənə nazil edəcəyin xeyirə möhtacam); bu ayədə göstərilən məqamda; kənd əhli onların yemək istəyinə müsbət cavab verməyəndə (Musa Xızra etiraz etdi ki, nə üçün bizə yemək verməyənlərə müftə iş görürsən?);
Musa və Xızrın görüşəcəyi yerin nişanəsi vardı və bu nişanə həmin yerdə balığın dəryaya sıçraması idi. Həmin yerə çatdıqda balıq dəryaya atıldı, amma Musanın yoldaşı bu barədə Musaya bir söz deməyi unutdu. Bir qədər yol getdikdən sonra əhvalatı ona danışdı. Yenidən geri qayıtdılar və Musa həmin yerdə Xızrla görüşdü.
Həzrət Musanın 4 səfəri olmuşdur: "Hərb səfəri”(Əraf”, 143. ) "Tələb səfəri”;("Təfsire-kəşful-əsrar.”) "Türəb səfəri”;("Təfsire-Əl-mizan”. ) "Təb səfəri”;(Təfsire-Əl-mizan”.; "Təfsire-nümunə”; "Təfsire-dürrül-mənsur”. )
Bildirişlər
1. Yol yoldaşı və azuqə səfər ehtiyaclarındandır. (Kəhf səhabələrinin də nağd pulu vardı.)
2. Elm və təhsil, mərifət, amallara doğru hərəkət yolunda peyğəmbərlər də çətinliklərlə üzləşmişlər.
3. Şeytanlar Musa və Xızrın görüş və yoldaşlığını istəmədiyindən əhvalatı danışmağı Musanın yoldaşına unutdurdular.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 63-cü ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 63-cü ayəsi nə haqqındadır?
Dedi: «Gördün? Biz o daşın yanında olanda, mən balığı(n məsələsini sənə deməyi) unutdum və onu (sənə) deməyi mənə yalnız Şeytan unutdurdu. O balıq təəccüblü bir tərzdə dənizdə öz yolunu tutub getdi (dirildi. Yaxud: O hansı tərəfə üzürdüsə, dənizin suyu kanal kimi açıq qalırdı).»
Əl-Kəhf ‏ surəsi 63-cü ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 63-cü ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 63-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 63-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 63-cü ayənin təfsiri nədir?
"(Həmin gənc) dedi: "Yadındadırmı, qayaya sığındığımız vaxt mən balığı unutdum. Onu mənə yalnız şeytan unutdurdu. Qəribədir, balıq dənizdə öz yolunu tutdu.”NöqtələrSübh yeməyi "ğəda”, axşam yeməyi "əşa” adlanır.İmam Sadiq (ə) bildirir ki, həzrət Musa üç dəfə aclıqdan şikayətləndi: Şüeybin qızlarına su gətirib onlara kömək edəndə, (bir qırağa çəkilib dedi: "Pərvərdigara! Mənə nazil edəcəyin xeyirə möhtacam); bu ayədə göstərilən məqamda; kənd əhli onların yemək istəyinə müsbət cavab verməyəndə (Mu...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.