Əl-Kəhf ‏ surəsi · 2-ci ayə

(Allah düzgün imana və ya saleh əmələ sahib olmayan kəsləri) Öz tərəfindən şiddətli əzabla qorxutmaq və yaxşı işlər görən möminləri onlar üçün mütləq gözəl bir mükafatın olacağı ilə müjdələmək üçün düzgün, gözətçi və (keçmiş səma kitablarına və gələcək bəşər cəmiyyətinin xeyrinə) nəzarətçi olaraq (nazil etmişdir).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 2
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"Öz tərəfindən olan şiddətli əzabla qorxutmaq, saleh işlər görən möminləri yaxşı mükafatla müjdələyən möhkəm və (digər səmavi kitabları) qoruyan (bir kitabdır).”

Nöqtələr
Quran surələri arasında "Həmd”, "Ənam”, "Səba”, "Fatir” və "Kəhf” surələri "Əlhəmdulillah” cümləsi ilə başlayır. Bu surələrdən üçündə yaranışdan danışılır. "Həmd” surəsində tərbiyədən, bu surədə səmavi kitabdan söhbət açılır. Belə ki, varlıq və yaranış insanların tərbiyəsi üçün kitab və qanunla yanaşı iki qanad kimidir.
"İvncac” dedikdə "yanlışlıq və əyrilik”, "əvəc” dedikdə "hiss olunanlar”, "ivəc” dedikdə isə "hiss olunmayanlar” nəzərdə tutulur. ("Əvəc” insanlar, "ivəc” isə digərlərinə aiddir;(Təfsire-Nurus-səqəleyn”, c 5, s. 361; c. 3, s. 243.) "Qəyyim” sözü bərpa edən, sahmana salan mənasını bildirir.)
Ötən surə "Subhanəlləzi”, bu surə isə "Əlhəmdulillah” (adətən yanaşı işlənən təsbih və təhmid) təbiri ilə başlayır.
"Əbdihi” sözü harada mütləq formada işlədilmişdirsə, həzrət Peyğəmbər (s) nəzərdə tutulur.("Hucurat”, 7. )

Bildirişlər
1. Kitab və qanun neməti o qədər mühümdür ki, Allah bu nemətlərlə bağlı Özünü tərif edir.
2. Allaha bəndəlik mənəvi kamilliklərin əldə olunması üçün zəmin yaradır.
3. Nə Allahın kitabında, nə də İslam Peyğəmbərində (s) yanlışlıq müşahidə olunur. Onlar nə haqdan batilə, nə faydalıdan zərərliyə, nə də düzgündən yanlışa meyl edirlər.
4. Quran qiyamətədək sabit və dəyişməzdir.
5. Quran səmavi kitabların mühafizi, bəndələrin bütün faydalarını özündə əks etdirən kitabdır. Bu kitabda nöqsana, ixtilafa, ifrat və təfritə yer yoxdur. O, qiyama, həm də üstün bir qiyama çağırır.
6. Rəhbərin başqalarının faydası üçün qiyam qaldırmasında onun yanlışlıqdan uzaq olması şərtdir.
7. Zərərin dəfi mənfəət kəsb etməkdən mühümdür. Ona görə də öncə xəbərdarlıq, sonra müjdə gəlir.
8. İman saleh əməllə yanaşı fayda verir.
9. Saleh əməl davamlı olmalıdır.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 2-ci ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 2-ci ayəsi nə haqqındadır?
(Allah düzgün imana və ya saleh əmələ sahib olmayan kəsləri) Öz tərəfindən şiddətli əzabla qorxutmaq və yaxşı işlər görən möminləri onlar üçün mütləq gözəl bir mükafatın olacağı ilə müjdələmək üçün düzgün, gözətçi və (keçmiş səma kitablarına və gələcək bəşər cəmiyyətinin xeyrinə) nəzarətçi olaraq (nazil etmişdir).
Əl-Kəhf ‏ surəsi 2-ci ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 2-ci ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 2-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 2-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 2-ci ayənin təfsiri nədir?
"Öz tərəfindən olan şiddətli əzabla qorxutmaq, saleh işlər görən möminləri yaxşı mükafatla müjdələyən möhkəm və (digər səmavi kitabları) qoruyan (bir kitabdır).”NöqtələrQuran surələri arasında "Həmd”, "Ənam”, "Səba”, "Fatir” və "Kəhf” surələri "Əlhəmdulillah” cümləsi ilə başlayır. Bu surələrdən üçündə yaranışdan danışılır. "Həmd” surəsində tərbiyədən, bu surədə səmavi kitabdan söhbət açılır. Belə ki, varlıq və yaranış insanların tərbiyəsi üçün kitab və qanunla yanaşı iki qanad kimidir."İvncac” d...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.