Əl-Kəhf ‏ surəsi · 9-cu ayə

Yoxsa (yüz illərlə yatıb sonra ayılan) o böyük mağara yoldaşlarının və o yazılı lövhə sahiblərinin (əhvalatlarının) Bizim ayə və nişanələrimizdən (daha) heyrətləndirici olmasını güman etmisən? (Əksinə, yer üzündə olan zinətləri yaratmaq və məhv etmək heyrətləndirici, canlıları öldürüb, Qiyamətdə yenidən diriltmək isə ondan da çox heyrət doğurandır.)

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 9
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"Yoxsa güman edirsən ki, Kəhf əshabı və Rəqim Bizim qəribə nişanələrimizdəndir?”

Nöqtələr
"Rəqim” dedikdə, Kəhf əshabının əhvalatı yazılmış lövhə nəzərdə tutulur. Onların adı bu lövhədə qeyd olunmuşdur. "Kəhf” sözü böyük mağara mənasını bildirir.
Ayədə deyilir: Bir neçə nəfəri mağarada yatırdıb sonradan oyatmaqdan da mühümü yer üzündə çoxsaylı gözəlliklər yaradıb, sonradan onları məhv etməkdir. İlahi qüdrət qarşısında Kəhf əshabının macərası o qədər də təəccüb doğurmur.
Kəhf əshabının əhvalatı həzrət İsadan sonra, İslam Peyğəmbərindən (s) öncə, Rum məmləkətində, Efsus şəhərində, Dəqyanus adlı zalım hakimin zamanında baş vermişdir. Bu macəranın hicrət, ilahi yardımlar kimi ibrət dərsləri var. Uyğun həqiqətlər məkan, zaman və kəmiyyət məhdudiyyətinə sığmır.
Zahirən belə görünür ki, Kəhf əshabı və Rəqim eyni bir qrupun adıdır. Bəzilərinin nəzərincə, Rəqim Kəhf əshabının yaşadığı məntəqənin adıdır. Bəzi təfsirlərdə isə Rəqim əshabının kəsb və ticarət üçün evdən çıxan 3 nəfərdən ibarət olduğu qeyd edilir. Onları yolda yağış tutur və bir mağaraya sığınırlar. Dağdan uçan bir daş mağaranın girişini bağlayır və bu 3 nəfər mağarada qalır. Onların hər biri həyatı boyu gördüyü ən xeyir və xalisanə işi xatırlayır. Onlar Allahdan bu əməlləri müqabilində qurtuluş diləyirlər. Hər biri öz xeyir əməli haqqında danışdıqda mağaranın girişindəki daş azca tərpənir. Nəhayət, həmin adamlar xilas olurlar. Həzrət Peyğəmbər (s) bu əhvalatı nəql etdikdən sonra buyurdu: ”Allahla olan hər kəs nicat tapar.”("Təfsire-Nurus-səqəleyn”.)

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 9-cu ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 9-cu ayəsi nə haqqındadır?
Yoxsa (yüz illərlə yatıb sonra ayılan) o böyük mağara yoldaşlarının və o yazılı lövhə sahiblərinin (əhvalatlarının) Bizim ayə və nişanələrimizdən (daha) heyrətləndirici olmasını güman etmisən? (Əksinə, yer üzündə olan zinətləri yaratmaq və məhv etmək heyrətləndirici, canlıları öldürüb, Qiyamətdə yenidən diriltmək isə o...
Əl-Kəhf ‏ surəsi 9-cu ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 9-cu ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 9-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 9-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 9-cu ayənin təfsiri nədir?
"Yoxsa güman edirsən ki, Kəhf əshabı və Rəqim Bizim qəribə nişanələrimizdəndir?”Nöqtələr"Rəqim” dedikdə, Kəhf əshabının əhvalatı yazılmış lövhə nəzərdə tutulur. Onların adı bu lövhədə qeyd olunmuşdur. "Kəhf” sözü böyük mağara mənasını bildirir.Ayədə deyilir: Bir neçə nəfəri mağarada yatırdıb sonradan oyatmaqdan da mühümü yer üzündə çoxsaylı gözəlliklər yaradıb, sonradan onları məhv etməkdir. İlahi qüdrət qarşısında Kəhf əshabının macərası o qədər də təəccüb doğurmur.Kəhf əshabının əhvalatı həzrə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.