Əl-Kəhf ‏ surəsi · 97-ci ayə

Beləliklə (Yə’cuc və Mə’cuc tayfaları) bir daha onun üstünə çıxa bilmədilər və onda bir dəlik aça bilmədilər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 97
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"(Bu dəmir divar hazırlandıqdan sonra Yəcuc və Məcuc) onu nə adlaya, nə də dağıda bildilər.”
Nöqtələr
Çatın tutulması "rədm”, kənar və tərəf "sədf”, ərimiş mis "qitr”, böyük dəmir parçası "zubər” adlanır.
İmam Sadiq (ə) buyurur: "Təqiyyə dedikdə sizinlə müxaliflər arasında onların aşa və dələ bilməyəcəyi sədd nəzərdə tutulur.”("Təfsire-nümunə”.)
Bildirişlər
1. İlahi övliyaların nəzərində bütün imkanlar Allahdandır.
2. Peyğəmbərlər risalət və xalqın hidayəti üçün kimsədən pul və maddiyyat ummamışlar.("Təfsire-Lahici”. )
3. İnsanların imkanları onların faydası yolunda istifadə olunmalıdır.
4. Məqsədə çatmaq üçün proqram, istək və büdcədən əlavə xalqın çalışqanlığı və iştirakı da lazımdır.
5. Bəzən maddi yardımlardan yox, insani qüvvədən kömək istənilməlidir.
6. Dəmir və mis qatqısı peyğəmbərlərin kəşfidir. (Bu gün də elmi baxımdan uyğun tərkib əhəmiyyətlidir.)
7. İşin möhkəm və nöqsansız yerinə yetirilməsi peyğəmbərlərə xas xüsusiyyətlərdir. Zül-Qərneynin tikdiyi sədd o qədər möhkəm idi ki, kimsə onu aşa və dələ bilmirdi.
8. İctimai problemlərin həllində həmdərd insanların əl-ələ verməsi lazımdır. Çəkilən zəhmətlərə qiymət verdikdə iş dəyərli olur.
9. Ləyaqətli rəhbərlər elm və sənət, qarşılıqlı yardım sayəsində ən sadə fərd və vasitələrlə ən üstün işlər görürlər. Əgər müdir ləyaqətli olsa, sadə işçilər mühüm layihələri həyata keçirə bilərlər.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 97-ci ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 97-ci ayəsi nə haqqındadır?
Beləliklə (Yə’cuc və Mə’cuc tayfaları) bir daha onun üstünə çıxa bilmədilər və onda bir dəlik aça bilmədilər.
Əl-Kəhf ‏ surəsi 97-ci ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 97-ci ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 97-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 97-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 97-ci ayənin təfsiri nədir?
"(Bu dəmir divar hazırlandıqdan sonra Yəcuc və Məcuc) onu nə adlaya, nə də dağıda bildilər.”NöqtələrÇatın tutulması "rədm”, kənar və tərəf "sədf”, ərimiş mis "qitr”, böyük dəmir parçası "zubər” adlanır.İmam Sadiq (ə) buyurur: "Təqiyyə dedikdə sizinlə müxaliflər arasında onların aşa və dələ bilməyəcəyi sədd nəzərdə tutulur.”("Təfsire-nümunə”.)Bildirişlər1. İlahi övliyaların nəzərində bütün imkanlar Allahdandır.2. Peyğəmbərlər risalət və xalqın hidayəti üçün kimsədən pul və maddiyyat ummamışlar.("...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.