Əl-Kəhf ‏ surəsi · 98-ci ayə

(Zülqərneyn) dedi: «Bu (əməl) mənim Rəbbim tərəfindən (Onun vədi yetişənə kimi) bir rəhmətdir. Beləliklə, Rəbbimin (səddin viran olması və ya Qiyamətin qopması barəsindəki) vədi yetişəndə (Allah) onu alt-üst edəcəkdir. Mənim Rəbbimin vədi həmişə haqq və sabitdir.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 98
MÖHSÜN QƏRAƏTİ 27.03.2026
"(Zül-Qərneyn) dedi: «Bu, Rəbbim tərəfindən böyük mərhəmətdir. Rəbbimin vədi yetişən vaxt onu dağıdıb hamarlayar. Rəbbimin vədi haqdır.»”
Nöqtələr
Zül-Qərneynin tikdiyi sədd bəzilərinin iddia etdiyi kimi Çin səddi deyil. Çünki həmin sədd dəmir və mislə düzəlmişdi. Qafqaz ərazisində yaxınlığında çay axan dəmir bir sədd tapılmışdır. Bu səddin həmin sədd olduğu daha inandırıcı görünür.(Bax: "İsra”, 72.)
Bildirişlər
1. İlahi insanlar heç vaxt qürrələnmir və Allahın rəhmətindən yardım aldıqlarını bilirlər.
2. Bütün səylər, dəyişikliklər bəşəriyyətin tərbiyəsi və inkişafı üçündür. Bu məqsəd ayədə 3 dəfə təkrarlanır.
3. Allahın rəhmət və rübubiyyəti bir-birinə bağlıdır.
4. Asayiş ilahi rəhmətdir. Adı çəkilən sədd xalqın əmniyyəti üçün tikilmişdi.
5. İş və səyin ilahiliyi, ciddilik, xalqın həmkarlığı, müdiriyyət və sənət, uca məqsədlər - bütünlüklə ilahi lütflər məcmuəsidir.
6. Xalqın asayişini təmin etməklə daha yaxşı təbliğ və dəvət etmək olar, eləcə də, digər işlər üçün zəmin yaranar. Zül-Qərneyn səddi başa çatdırdıqdan sonra xalqı yaranış və məadla tanış etdi.
7. Qiyamət astanasında hər şey xarab olar.
8. Allahın iradə və qüdrəti qarşısında insanların ən möhkəm qalaları davamsızdır.
9. İlahi insanlar Allahın lütfünə istinad edərək gələcəkdən xəbər verirlər.
10. İşin möhkəm görülməsini Allahın övliyalarından öyrənmək lazımdır. Onlar qiyamət astanasınadək yerində dayanası sədd düzəldirlər.
11. Həm dünya işlərini nöqsansız və möhkəm yerinə yetirmək, həm də ilahi qüdrəti danıb fərdi gücün puçluğunu unutmamaq lazımdır.
12. İlahi rəhbərlər insanların həm dünyasını abad edir, həm də onların diqqətini axirətə yönəldirlər.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 98-ci ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 98-ci ayəsi nə haqqındadır?
(Zülqərneyn) dedi: «Bu (əməl) mənim Rəbbim tərəfindən (Onun vədi yetişənə kimi) bir rəhmətdir. Beləliklə, Rəbbimin (səddin viran olması və ya Qiyamətin qopması barəsindəki) vədi yetişəndə (Allah) onu alt-üst edəcəkdir. Mənim Rəbbimin vədi həmişə haqq və sabitdir.»
Əl-Kəhf ‏ surəsi 98-ci ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 98-ci ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 98-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 98-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 98-ci ayənin təfsiri nədir?
"(Zül-Qərneyn) dedi: «Bu, Rəbbim tərəfindən böyük mərhəmətdir. Rəbbimin vədi yetişən vaxt onu dağıdıb hamarlayar. Rəbbimin vədi haqdır.»”NöqtələrZül-Qərneynin tikdiyi sədd bəzilərinin iddia etdiyi kimi Çin səddi deyil. Çünki həmin sədd dəmir və mislə düzəlmişdi. Qafqaz ərazisində yaxınlığında çay axan dəmir bir sədd tapılmışdır. Bu səddin həmin sədd olduğu daha inandırıcı görünür.(Bax: "İsra”, 72.)Bildirişlər1. İlahi insanlar heç vaxt qürrələnmir və Allahın rəhmətindən yardım aldıqlarını bilirlə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.