Əl-Kəhf ‏ surəsi · 19-cu ayə

Və onları bir-birlərini sorğu-suala tutmaları (işlərinin həqiqəti və Diqyanusun taxtdan düşməsinin onlara məlum olması) üçün (möcüzəvi şəkildə yatızdırdığımız kimi yenidən) elə (möcüzəvi şəkildə) də oyatdıq. Onlardan biri dedi: «(Burada, yuxuda) nə qədər qalmısınız?» Dedilər: «Bir gün, ya günün bir hissəsini qalmışıq.» (Digərləri bədənlərinin tüklərinin və dırnaqlarının qeyri-adi olmasını görüb) dedilər: «Nə qədər qaldığınızı Rəbbiniz daha yaxşı bilir. İndi aranızdan birini bu gümüş (pul) ilə (qaçdığımız) şəhərə tərəf göndərin və o, gərək onlardan (əhalidən) kimin təamının daha pak olmasına yaxşı baxsın ki, sizə ondan bir ruzi (alıb) gətirsin. Və əlbəttə gərək mülayim və mehriban davransın və heç kəsi sizin vəziyyətinizdən xəbərdar etməsin».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 19
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"Aralarında bir-birlərindən soruşsunlar deyə onları bu sayaq oyatdıq. Onlardan biri dedi: "Mağarada) nə qədər qalmısınız? Dedilər: "Bir gün, ya günün bir hissəsi.” (Nəhayət) dedilər: "Burada nə qədər qaldığınızı Rəbbiniz daha yaxşı bilir. Aranızdan birini bu pulunuzla şəhərə göndərin ki, görsün hansı pak qidalar var və sizin üçün ondan gətirsin. Bu işdə zirək olsun və məbada kimsəni sizdən xəbərdar etsin!”
Nöqtələr
"Vəriq” üzərində padşahın şəkli həkk olunmuş dirhəmlər idi.
"Vəlyətələttəf” təbiri Qurani-kərimin orta hissəsində yerləşmişdir. Bu söz müdara, mehribanlıqla müşayiət olunan ayıqlıq mənasını bildirir. Bir sözün Quranın ortasında lütf, mehribanlıq fəzası yaratması özü də bir lütfdür.
Günahkar cəmiyyətə qarşı mübarizədə qüvvələr arasında vəhdət mühümdür. Bu ayədə cəm bildirən "kum” hissəsi 4 dəfə işlədilmişdir: qida hazırlanmasında hamı birdir; pul hamı üçündür; hazırlanan qida hamıya aiddir; hamının canının qorunması zəruridir.
Bildirişlər
1. Allah üçün heç bir iş çətin deyil. 309 illik yuxu və deyilən şəkildə oyatmaq Onun üçün asandır.
2. Qiyamətdə insanların ayağa qaldırılması sizi təəccübləndirməsin, hər yuxudan oyanış bir növ qiyamətdir.
3. İnsan yuxudan da Allahın iradəsi ilə oyanır.
4. Kəhf səhabələrinin oyanışının iki səmərəsi vardı: Bu həm onların özü üçün sual idi, həm ətrafdakılar üçün qiyamət nümunəsi idi.
5. Bilmədiyimiz şey haqqında fikir söyləməyək.
6. Hətta ən kiçik bir qrupun da rəhbəri olmalıdır. (Kəhf səhabələri arasında da onlara yol göstərən, sorğuya çəkən rəhbər vardı.)
7. Dolanışıq ardınca getmək Allaha təvəkküllə zidd deyil. Kəhf səhabələrinin həm pulu vardı, həm də yemək ardınca gedirdilər.
8. Bir dəstəyə vəkalət və onun qəbulu icazə verilmiş işlərdir.
9. Pul kəsimi və onun tədavümünün tarixi keçmişi var.
10. Hər bir malın öz dəyəri var.
11. Həqiqi möminlər öz qidasına fikir verir. Qidanın növü, miqdarı, paklığı və halallığı onlar üçün mühümdür.
12. Mömin sirr saxlayan və ayıq olmalı, müdara və təqiyyə etməklə özünü düşmənə aşkarlamamalıdır. Məsuliyyət qəbul edən kəs müəyyən şərtlərə əməl etməlidir.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 19-cu ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 19-cu ayəsi nə haqqındadır?
Və onları bir-birlərini sorğu-suala tutmaları (işlərinin həqiqəti və Diqyanusun taxtdan düşməsinin onlara məlum olması) üçün (möcüzəvi şəkildə yatızdırdığımız kimi yenidən) elə (möcüzəvi şəkildə) də oyatdıq. Onlardan biri dedi: «(Burada, yuxuda) nə qədər qalmısınız?» Dedilər: «Bir gün, ya günün bir hissəsini qalmışıq.»...
Əl-Kəhf ‏ surəsi 19-cu ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 19-cu ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 19-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 19-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 19-cu ayənin təfsiri nədir?
"Aralarında bir-birlərindən soruşsunlar deyə onları bu sayaq oyatdıq. Onlardan biri dedi: "Mağarada) nə qədər qalmısınız? Dedilər: "Bir gün, ya günün bir hissəsi.” (Nəhayət) dedilər: "Burada nə qədər qaldığınızı Rəbbiniz daha yaxşı bilir. Aranızdan birini bu pulunuzla şəhərə göndərin ki, görsün hansı pak qidalar var və sizin üçün ondan gətirsin. Bu işdə zirək olsun və məbada kimsəni sizdən xəbərdar etsin!”Nöqtələr"Vəriq” üzərində padşahın şəkli həkk olunmuş dirhəmlər idi."Vəlyətələttəf” təbiri Q...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.