Əl-Kəhf ‏ surəsi · 48-ci ayə

Onların hamısı cərgələrə düzülmüş halda sənin Rəbbinə təqdim olunarlar. (Biz onlara deyərik:) «Həqiqətən (siz bu gün) Bizim yanımıza sizi (dünyada) ilk dəfə yaratdığımız kimi (tək və əliboş) gəldiniz. Lakin (dünyada hesab və cəza üçün) sizə bir vəd yeri təyin etməyəcəyimizi güman edirdiniz!»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 48
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"(Həmin gün) bütün insanlar cərgələnib Rəbbinə təqdim olunar. (Allah onlara buyurar:) «Sizi ilk dəfə yaratdığım kimi (bu gün də) Bizə doğru gəldiniz. Yoxsa düşünürdünüz ki, heç vaxt verdiyimiz vədi yerinə yetirməyəcəyik?»”
Nöqtələr
"Səf” nizam, ardıcıllıq, ədəb və təvazö nişanəsidir. Quranda mücahidlər, eləcə də, mələklər vəsf olunarkən "səf” təbirindən istifadə olunur. Quranın "səf və "saffat” adlanan iki surəsi var.
Əgər dünyada silahlı qüvvələr başçıların qarşısında dayanırsa, qiyamətdə bütün insanlar məcburi şəkildə və nizamlı halda Allahın hüzurunda dayandırılar.
Bildirişlər
1. Qiyamətdə iştirak və Allah qarşısında hüzur qətidir.
2. Dünyadakı təbəqələşmə qiyamətdə aradan qaldırılır, varlılar və yoxsullar eyni bir cərgədə dayanar.
3. Nizam həm dünya, həm də axirətdə öz yeri olan dəyərdir. Cəmiyyətdə və ibadətdə də nizam mühüm rol oynayır.
4. Qiyamət hüzuru dünyaya gəliş və hüzur kimidir. Həmin məqamda insan aciz, ağlar və üryan olur. (Münacatlarda insanın qiyamət səhnəsindəki üryanlığına işarə edilmişdir.)
5. Məad cismanidir.
6. Qiyamətdəki təkrar yaranış dünyadakı yaranış kimidir.
7. Məadı inkar edən kafirlərin heç bir dəlili yoxdur.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 48-ci ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 48-ci ayəsi nə haqqındadır?
Onların hamısı cərgələrə düzülmüş halda sənin Rəbbinə təqdim olunarlar. (Biz onlara deyərik:) «Həqiqətən (siz bu gün) Bizim yanımıza sizi (dünyada) ilk dəfə yaratdığımız kimi (tək və əliboş) gəldiniz. Lakin (dünyada hesab və cəza üçün) sizə bir vəd yeri təyin etməyəcəyimizi güman edirdiniz!»
Əl-Kəhf ‏ surəsi 48-ci ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 48-ci ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 48-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 48-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 48-ci ayənin təfsiri nədir?
"(Həmin gün) bütün insanlar cərgələnib Rəbbinə təqdim olunar. (Allah onlara buyurar:) «Sizi ilk dəfə yaratdığım kimi (bu gün də) Bizə doğru gəldiniz. Yoxsa düşünürdünüz ki, heç vaxt verdiyimiz vədi yerinə yetirməyəcəyik?»”Nöqtələr"Səf” nizam, ardıcıllıq, ədəb və təvazö nişanəsidir. Quranda mücahidlər, eləcə də, mələklər vəsf olunarkən "səf” təbirindən istifadə olunur. Quranın "səf və "saffat” adlanan iki surəsi var.Əgər dünyada silahlı qüvvələr başçıların qarşısında dayanırsa, qiyamətdə bütün in...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.