Əl-Kəhf ‏ surəsi · 110-cu ayə

De: «Mən də sizin kimi yalnız bir bəşərəm, (lakin) mənə vəhy olunur ki: Şübhəsiz sizin məbudunuz tək olan məbuddur. Buna görə də kimin öz Rəbbi ilə görüşə ümidi varsa, gərək yaxşı iş görsün və ibadətdə heç kəsi öz Rəbbinə şərik qoşmasın.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 110
MÖHSÜN QƏRAƏTİ 27.03.2026
"De ki, həqiqətən, mən sizin kimi bir insanam. Mənə vəhy edilir ki, sizin məbudunuz yeganə məbuddur. Rəbbinin görüşünə ümid və imanı olan kəs saleh iş görsün və kimsəni ibadətdə Rəbbinə şərik qoşmasın.”
Nöqtələr
Nöqtələr
Bu ayədə həm tövhid, həm nübuvvət, həm məad, həm ilahi rəhmətə ümid, həm ona çatmaqda səy, həm də əməldə ixlas mövzularına toxunulmuşdur. Bu səbəbdən Peyğəmbər (s) buyurur: "Ümmətimə yalnız "Kəhf” surəsinin son ayəsi nazil olsaydı, onlar üçün yetərdi.”("Təfsire-nurus-səqəleyn”. )
Bir çox rəvayətlərdə bu ayə ilə bağlı ixlasın əhəmiyyətindən, riya təhlükəsindən, gizli şirkdən söz açılır.
İmam Rza (ə) Məmunu qulamının tökdüyü su ilə dəstəmaz alan vəziyyətdə görüb bu ayəni tilavət etdi və ona anlatdı ki, dəstəmaz və digər ibadi işlərdə başqasından yardım almaq şirkdir və əməli batil edir.("Təfsire-Məcməül-bəyan”. )
Hədisdə deyilir: Hər kəs yatmazdan qabaq bu ayəni oxusa, istədiyi saatda yuxudan oyanar.("Təfsire-Məcməül-bəyan”.)
Bildirişlər
1. Özümüzü necə varıqsa, elə də tanıtdıraq. Peyğəmbərlər özlərini bəşər sayırdılar.
2. İnsan nəslindən olmaq peyğəmbərlik şərtidir. Peyğəmbər əməldə başqa insanlara nümunə göstərməlidir.
3. İlahi rəhbərlər mübaliğələrin qarşısını almalıdırlar.
4. İlahi iş üçün hətta ilahi mükafata ümid də bəs edər. Buna yəqinlik olmasa da eybi yoxdur.
5. İnsanda ümid ötəri yox, daimi halda olmalıdır.
6. Əməlsiz ümid səmərəsizdir.
7. Ölüm hamı üçün labüddür. Amma Allahla görüş arzusunda olmaq daha dəyərlidir.
8. Şirk istənilən bir şəkildə qadağandır.
9. İş üç baxımdan dəyərli olur: işin özü, işi görən və işin məqsədi. Bu ayədə hər üç cəhət qeyd olunmuşdur.
10. Bu ayə həm ilahilik, həm də rübubiyyət və ibadət baxımından tövhidi bəyan edir.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 110-cu ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 110-cu ayəsi nə haqqındadır?
De: «Mən də sizin kimi yalnız bir bəşərəm, (lakin) mənə vəhy olunur ki: Şübhəsiz sizin məbudunuz tək olan məbuddur. Buna görə də kimin öz Rəbbi ilə görüşə ümidi varsa, gərək yaxşı iş görsün və ibadətdə heç kəsi öz Rəbbinə şərik qoşmasın.»
Əl-Kəhf ‏ surəsi 110-cu ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 110-cu ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 110-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 110-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 110-cu ayənin təfsiri nədir?
"De ki, həqiqətən, mən sizin kimi bir insanam. Mənə vəhy edilir ki, sizin məbudunuz yeganə məbuddur. Rəbbinin görüşünə ümid və imanı olan kəs saleh iş görsün və kimsəni ibadətdə Rəbbinə şərik qoşmasın.”NöqtələrNöqtələrBu ayədə həm tövhid, həm nübuvvət, həm məad, həm ilahi rəhmətə ümid, həm ona çatmaqda səy, həm də əməldə ixlas mövzularına toxunulmuşdur. Bu səbəbdən Peyğəmbər (s) buyurur: "Ümmətimə yalnız "Kəhf” surəsinin son ayəsi nazil olsaydı, onlar üçün yetərdi.”("Təfsire-nurus-səqəleyn”. )Bi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.