Əl-Kəhf ‏ surəsi · 33-cü ayə

Hər iki bağ öz meyvələrini verir və ondan bir şey əskiltmirdilər. Və o ikisinin (iki bağın) arasından bir çay axıtdıq.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 33
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"Hər iki bağ öz məhsulunu verdi və ondan bir şey əskilmədi. Onların arasında bir çay axıtdıq.”
Nöqtələr
"Ukul” dedikdə istifadəyə yararlı məhsul və meyvə nəzərdə tutulur.
Bu ayələrdən bağçılıq və nümunəvi, dilruba bağ yaratmağı öyrənmək olar:
a) Bağın ortasında alçaq, ətrafında uca ağaclar olsun.
b) Bağlar aralı olsun və ətrafları açıq qalsın.
v) Bağlar arasındakı yerlər əkilsin.
q) Bağlar arasından su axsın.
e) Bağlar zəif, xəstəliyə yoluxmuş olmasın.
Bağçılıqda növbənöv üzüm tənəkləri, üzümlə yanaşı xurma, çeşidli əkin, əkinin ağaclarla əhatə olunması ən üstün mənzərə yaradır.
Bu ayələrdə sanki varlı kafirlərin yersiz tələblərinə cavab verilir. Onlar peyğəmbərdən istəyirdilər ki, fəqirləri özündən uzaqlaşdırsın və sonra iman gətirsinlər. Allah-təala cavab olaraq buyurur: "Yoxsulluq zillət, var-dövlət izzət nişanəsi deyil.”(Təfsire-kənzud-dəqaiq”. )
Bildirişlər
1. Mövzunu ən sadə, ən fitri və ən ümumi şəkildə anlatma yollarından biri məsəllərdən istifadədir.
2. İnsanlar arasındakı yoxsulluq və varlılıq fərqləri hikmət sahibi olan Allah tərəfindəndir.
3. Əsil əkinçi insan yox, Allahdır.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 33-cü ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 33-cü ayəsi nə haqqındadır?
Hər iki bağ öz meyvələrini verir və ondan bir şey əskiltmirdilər. Və o ikisinin (iki bağın) arasından bir çay axıtdıq.
Əl-Kəhf ‏ surəsi 33-cü ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 33-cü ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 33-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 33-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 33-cü ayənin təfsiri nədir?
"Hər iki bağ öz məhsulunu verdi və ondan bir şey əskilmədi. Onların arasında bir çay axıtdıq.”Nöqtələr"Ukul” dedikdə istifadəyə yararlı məhsul və meyvə nəzərdə tutulur.Bu ayələrdən bağçılıq və nümunəvi, dilruba bağ yaratmağı öyrənmək olar:a) Bağın ortasında alçaq, ətrafında uca ağaclar olsun.b) Bağlar aralı olsun və ətrafları açıq qalsın.v) Bağlar arasındakı yerlər əkilsin.q) Bağlar arasından su axsın.e) Bağlar zəif, xəstəliyə yoluxmuş olmasın.Bağçılıqda növbənöv üzüm tənəkləri, üzümlə yanaşı xu...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.