Əl-Kəhf ‏ surəsi · 39-cu ayə

Nə üçün öz bağına daxil olanda «Allah hər nə istəsə (o olacaqdır); güc və qüvvət yalnız Allahın vasitəsi ilədir» demədin?! Əgər məni mal və övlad baxımından özündən aşağı görürsənsə (bu elə də mühüm bir iş deyildir)».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 39
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"Nə üçün bağa daxil olduğun vaxt «maşallah, Allahdan başqa heç bir qüdrət yoxdur!» demədin? Əgər məni var-dövlət və övlad baxımından özündən əskik görürsənsə!”
Nöqtələr
Həzrət Peyğəmbər (s) buyurdu: "Allah Öz bəndəsinə var-dövlət və övlad kimi hər hansı nemət verdikdə "maşallah və la qüvvətə illa billah” desə, Allah onu bəla və narahatçılıqlardan qoruyar, öz arzusuna çatar.” Sonra həzrət bu ayəni tilavət etdi.("Kəhf”, 38. )
Eləcə də rəvayətlərdə deyilir: "La hövlə və la qüvvətə illa billah” ("Allahdan başqa heç bir qüdrət yoxdur”) sözləri bəlanın uzaqlaşması və nemətin davam səbəbidir. Bu söz behişt xəzinələrindən bir xəzinədir.("Bəqərə”, 19; "Əraf”, 156. )
Bildirişlər
1. Məzəmmət doğru yola dəvətlə yanaşı olmalıdır.
2. Əqidə ilə bağlı sözləri qəlbdən keçirmək bəs etmir, onları dilə gətirmək lazımdır.
3. Təbiətin gözəl mənzərələri ilə rastlaşdıqda Allahı yada salaq. Bütün nemətlər Ondandır.
4. Qəflət və qürurun qarşısını almaq üçün nemətlərlə rastlaşdıqda Allahın iradəsini yaddan çıxarmayaq.
5. Həqiqi mömin var-dövlət və övladın azlığına xatir yolunu azmaz. "İn tərəni” yəni "mən əskik deyiləm, sən məni əskik görürsən” mənasınadır.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 39-cu ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 39-cu ayəsi nə haqqındadır?
Nə üçün öz bağına daxil olanda «Allah hər nə istəsə (o olacaqdır); güc və qüvvət yalnız Allahın vasitəsi ilədir» demədin?! Əgər məni mal və övlad baxımından özündən aşağı görürsənsə (bu elə də mühüm bir iş deyildir)».
Əl-Kəhf ‏ surəsi 39-cu ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 39-cu ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 39-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 39-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 39-cu ayənin təfsiri nədir?
"Nə üçün bağa daxil olduğun vaxt «maşallah, Allahdan başqa heç bir qüdrət yoxdur!» demədin? Əgər məni var-dövlət və övlad baxımından özündən əskik görürsənsə!”NöqtələrHəzrət Peyğəmbər (s) buyurdu: "Allah Öz bəndəsinə var-dövlət və övlad kimi hər hansı nemət verdikdə "maşallah və la qüvvətə illa billah” desə, Allah onu bəla və narahatçılıqlardan qoruyar, öz arzusuna çatar.” Sonra həzrət bu ayəni tilavət etdi.("Kəhf”, 38. )Eləcə də rəvayətlərdə deyilir: "La hövlə və la qüvvətə illa billah” ("Allah...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.