Əl-Kəhf ‏ surəsi · 104-cü ayə

Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı iş görmələrini sanan kəslərdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 104
MÖHSÜN QƏRAƏTİ 27.03.2026
"O kəslər ki, dünya həyatındakı səyləri puça çıxar. Halbuki yaxşı iş gördüklərini zənn edirdilər.”
Nöqtələr
Rəvayətlərdə bu ayənin Həzrət Əlinin (ə) vilayətini inkar edənlərə, vacib həcc vəzifəsini bu gün-sabaha salanlara aid edilir.(Bax: "Bəqərə”, 90. )
Həzrət Əli (ə) buyurur: "Ayədə ilk öncə haqq yolda olmuş, sonra dində bidətə yol verib yaxşı iş gördüyünü düşünən kitab əhli nəzərdə tutulur.” Sonra imam əlavə edir: "Nəhrəvanlılar onlardan geri qalmaz.”("Bəqərə”, 16. )
İmam Hüseyn (ə) "Ərəfə” duasında deyir: "Pərvərdigara! Yaxşılıqlarımız pislikdir, həqiqətlərimiz iddiadan başqa bir şey deyil.”
Faydalar bir-birindən fərqlənib müxtəlif dərəcəli olduğu kimi, zərərlərin də fərqli mərhələləri var; pis müamilə(Bəqərə”, 175. ); qazancsız müamilə(Əsr”, 2. ); xəsarət” adlanan zərər("Nisa”, 119. ); zərər-ziyanda qərq olmaq("Kəhf”, 103. ); böyük və aşkar xəsarət(Qariə”, 6, 9. ); hər tərəfli xəsarət.(Təfsire-Məcməül-bəyan”.)
Ziyankarlar bir neçə dəstəyə bölünür: yaxşı iş görməyənlər, yalnız dünya üçün çalışanlar, düzgün iş görmədiyini bilib çalışanlar, ziyanda olduğu halda fayda götürdüyünü güman edənlər.
İlk üç dəstə tövbə edib düzəlmək, pislikləri aradan qaldırmaq barədə düşünə bilər. Dördüncü dəstə isə heç vaxt çıxış yolu axtarmadığından ən pis dəstədir. Dünyanın halal ləzzətlərini özlərinə haram etmiş məsihi rahibləri belədir. Onlar peyğəmbərlər tərəfindən də tənqid olunur. Riyakar zahidnümalar da dördüncü dəstəyə nümunə ola bilər.
Yanlış əqidədə olub, batil üzərində möhkəm dayananlar hər tərəfli ziyan içindədirlər. Çünki hər bir işin düzgün dəyərləndirmə meyarı düzgün məqsəddir. Quran xülya və əsassız gümanlardan qaynaqlanan hesab və qənaətləri tənqid edir.
Bildirişlər
1. Peyğəmbərə insanların həqiqi fayda və zərərini bəyan etmək əmr olunub.
2. Ən yaxşı təlim-tərbiyə üsullarından biri sorğu-sualdır.
3. İnsan üçün öz zərərindən xəbərsizlik təhlükəsi var.
4. Əməl zahirdə başa çatsa da, əslində məhv olub getmir.
5. Zənn-gümana əsaslanmayaq, həqiqətpərəst olaq.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 104-cü ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 104-cü ayəsi nə haqqındadır?
Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı iş görmələrini sanan kəslərdir.
Əl-Kəhf ‏ surəsi 104-cü ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 104-cü ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 104-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 104-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 104-cü ayənin təfsiri nədir?
"O kəslər ki, dünya həyatındakı səyləri puça çıxar. Halbuki yaxşı iş gördüklərini zənn edirdilər.”NöqtələrRəvayətlərdə bu ayənin Həzrət Əlinin (ə) vilayətini inkar edənlərə, vacib həcc vəzifəsini bu gün-sabaha salanlara aid edilir.(Bax: "Bəqərə”, 90. )Həzrət Əli (ə) buyurur: "Ayədə ilk öncə haqq yolda olmuş, sonra dində bidətə yol verib yaxşı iş gördüyünü düşünən kitab əhli nəzərdə tutulur.” Sonra imam əlavə edir: "Nəhrəvanlılar onlardan geri qalmaz.”("Bəqərə”, 16. )İmam Hüseyn (ə) "Ərəfə” duası...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.