Əl-Kəhf ‏ surəsi · 13-cü ayə

Biz onların əhvalatını sənə haqq olaraq və doğru şəkildə söyləyirik: «Həqiqətən onlar özlərinin Rəbbinə iman gətirmiş və Bizim, hidayətlərini artırdığımız cavanlar idilər.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 13
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"Biz onların (Kəhf əshabının) əhvalatını sənə olduğu kimi hekayət edirik. Onlar Rəblərinə iman gətirmiş gənclər idi və Biz onların hidayətini artırdıq.”
Nöqtələr
İnsanlar fəsad və günahkar cəmiyyətdə üç münasibətdə ola bilər:
a) Bəziləri cəmiyyətin fəsadında həzm olur. (Hicrət etməyən və kamil imanı olmayanlar)
b) Bəziləri günahkar cəmiyyətdə özünü qoruyur. (Məsələn, Kəhf əshabı)
v) Bəziləri günahkar cəmiyyəti dəyişib islah edir. (Peyğəmbərlər və övliyalar)
Rəvayətlərdə bildirilir ki, Kəhf əshabı həzrət Mehdinin (ə) səhabələrindən və yardımçılarındandır.(Yusuf”, 33)
Bildirişlər
1. Həqiqətə əsaslanan dastanlar danışmaq hər kəsin işi deyil.
2. Kəhf əshabının dastanı mühüm və faydalıdır.
3. Həqiqətlərdən bəhrələnmə və tarixdən ibrət götürmə Quranın tərbiyə üsullarındandır.
4. Quran qissələri həqiqətə əsaslanır və bu qissələrdə saxtalıq, uydurma və təhrif yoxdur.
5. İnsanın hərəkət və səyi onun inkişaf və hidayət səbəbidir.
6. İman və hidayətin dərəcələri var.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 13-cü ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 13-cü ayəsi nə haqqındadır?
Biz onların əhvalatını sənə haqq olaraq və doğru şəkildə söyləyirik: «Həqiqətən onlar özlərinin Rəbbinə iman gətirmiş və Bizim, hidayətlərini artırdığımız cavanlar idilər.»
Əl-Kəhf ‏ surəsi 13-cü ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 13-cü ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 13-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 13-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 13-cü ayənin təfsiri nədir?
"Biz onların (Kəhf əshabının) əhvalatını sənə olduğu kimi hekayət edirik. Onlar Rəblərinə iman gətirmiş gənclər idi və Biz onların hidayətini artırdıq.”Nöqtələrİnsanlar fəsad və günahkar cəmiyyətdə üç münasibətdə ola bilər:a) Bəziləri cəmiyyətin fəsadında həzm olur. (Hicrət etməyən və kamil imanı olmayanlar)b) Bəziləri günahkar cəmiyyətdə özünü qoruyur. (Məsələn, Kəhf əshabı)v) Bəziləri günahkar cəmiyyəti dəyişib islah edir. (Peyğəmbərlər və övliyalar)Rəvayətlərdə bildirilir ki, Kəhf əshabı həzr...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.