Əl-Kəhf ‏ surəsi · 102-ci ayə

Yoxsa kafirlər Mənim yerimə (mələklər, İsa və başqaları kimi) bəndələrimi özləri üçün yardımçı və başçı götürməyi(n onlara xeyir verəcəyini) zənn etdilər? (Əsla!) Şübhəsiz Biz Cəhənnəmi kafirləri qəbul etmək üçün hazırlamışıq.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 102
MÖHSÜN QƏRAƏTİ 27.03.2026
"Yoxsa küfr edənlər elə güman etdilər ki, Mənim yerimə bəndələrimimi himayəçi götürsünlər? Şübhəsiz, Biz cəhənnəmi kafirləri qarşılamaq üçün hazırlamışıq.”
Nöqtələr
Bu ayələrdə kafirlər belə təsvir olunur: Qəlbi kor, Allah əvəzində bəndələrə bəndəlik, cəhalət və təəssüb(Təfsire-Məcməül-bəyan”. )
"Nuzul” dedikdə düşəcək yer və ya qonağın qarşıladığı ilkin şey nəzərdə tutulur.
Bildirişlər
1. Şirk və müşriklərin digər etiqadları xülyadan başqa bir şey deyil.
2. Allahdan savay istənilən bir kəs məxluq və Allahın bəndəsidir. Allahın əvəzinə məxluqa necə üz tutmaq olar?!
3. Allahdan qeyrisinin vilayətini, hakimiyyətini qəbul etmək küfrdür.
4. Cəhənnəm bu gün də mövcuddur. İlahi əzab ciddi və qətidir.
5. Küfrün cəzası cəhənnəmdir.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 102-ci ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 102-ci ayəsi nə haqqındadır?
Yoxsa kafirlər Mənim yerimə (mələklər, İsa və başqaları kimi) bəndələrimi özləri üçün yardımçı və başçı götürməyi(n onlara xeyir verəcəyini) zənn etdilər? (Əsla!) Şübhəsiz Biz Cəhənnəmi kafirləri qəbul etmək üçün hazırlamışıq.
Əl-Kəhf ‏ surəsi 102-ci ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 102-ci ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 102-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 102-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 102-ci ayənin təfsiri nədir?
"Yoxsa küfr edənlər elə güman etdilər ki, Mənim yerimə bəndələrimimi himayəçi götürsünlər? Şübhəsiz, Biz cəhənnəmi kafirləri qarşılamaq üçün hazırlamışıq.”NöqtələrBu ayələrdə kafirlər belə təsvir olunur: Qəlbi kor, Allah əvəzində bəndələrə bəndəlik, cəhalət və təəssüb(Təfsire-Məcməül-bəyan”. )"Nuzul” dedikdə düşəcək yer və ya qonağın qarşıladığı ilkin şey nəzərdə tutulur.Bildirişlər1. Şirk və müşriklərin digər etiqadları xülyadan başqa bir şey deyil.2. Allahdan savay istənilən bir kəs məxluq və ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.