Əl-Kəhf ‏ surəsi · 6-cı ayə

Bəlkə sən, bu sözə (bu kitaba) iman gətirməyəcəkləri təqdirdə onların (üz döndərmələrinin) ardınca qəm-qüssənin şiddətindən özünü həlak edəcəksən?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 6
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"Qorxu var ki, əgər bu hədisə (Qurana) iman gətirməsələr, sən onların ardınca özünü həlak edəsən!”
Nöqtələr
"Əsəf” dedikdə hüznün, qəm-qüssənin ən şiddətli dərəcəsi başa düşülür.
"Ləəlləkə baxiun nəfsəkə əla asarihim” cümləsi Peyğəmbərin (s) son dərəcə canıyananlığını göstərir. Peyğəmbər (s) ən əziz adamlarından ayrılan və onların arxasınca həsrətlə baxan şəxsə oxşadılır.
Bildirişlər
1. Başqalarının azğınlığına canıyananlıq və təəssüf bir dəyərdir. Peyğəmbər (s) ən canıyanan fərd olmuşdur.
2. Rəhbər xalqın əqidə və əməlinin islahı barədə düşünməli və bu istiqamətdə çalışmalıdır.
3. Quranda yeni söz və bildiriş var. Təbliğatçının da öz təbliğində yenilikçiliyi olmalıdır. ("Hədis” sözü yeni mənasını bildirir.)

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 6-cı ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 6-cı ayəsi nə haqqındadır?
Bəlkə sən, bu sözə (bu kitaba) iman gətirməyəcəkləri təqdirdə onların (üz döndərmələrinin) ardınca qəm-qüssənin şiddətindən özünü həlak edəcəksən?!
Əl-Kəhf ‏ surəsi 6-cı ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 6-cı ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 6-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 6-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 6-cı ayənin təfsiri nədir?
"Qorxu var ki, əgər bu hədisə (Qurana) iman gətirməsələr, sən onların ardınca özünü həlak edəsən!”Nöqtələr"Əsəf” dedikdə hüznün, qəm-qüssənin ən şiddətli dərəcəsi başa düşülür."Ləəlləkə baxiun nəfsəkə əla asarihim” cümləsi Peyğəmbərin (s) son dərəcə canıyananlığını göstərir. Peyğəmbər (s) ən əziz adamlarından ayrılan və onların arxasınca həsrətlə baxan şəxsə oxşadılır.Bildirişlər1. Başqalarının azğınlığına canıyananlıq və təəssüf bir dəyərdir. Peyğəmbər (s) ən canıyanan fərd olmuşdur.2. Rəhbər x...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.