Əl-Kəhf ‏ surəsi · 44-cü ayə

Bu yerdə (və bu kimi bəla hallarında) işin sahibliyi və yardım yalnız haqq olan Allaha məxsusdur. O, mükafat baxımından daha yaxşı və aqibəti təmin etmək baxımından daha gözəldir (Ondan başqasının işlərdə nə ixtiyarı, nə mükafatı və nə də aqibəti təmin etmək qüdrəti vardır).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 44
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"O halda vilayət və qüdrət yalnız haqq olan Allaha məxsusdur. Ən üstün mükafat və ən yaxşı sonluq Onun tərəfindədir.”

Nöqtələr
Quranda dəfələrlə təkid olunur ki, insan təhlükə ilə üzləşdiyi vaxt maddi vasitələri təsirsiz gördükdə Allaha üz tutur və dərin bir ümidlə Onu səsləyir. İnsan dənizdə tufana düşdükdə və ya əzabla üzləşdikdə iman gətirir.
Ayədə bağı yanmış şəxs köməyinə gələn olmadığını görüb hökmün Allaha məxsus olduğunu anlayır.
Bu ayədə "vilayət” sözü qüdrət və yardım mənasında işlədilmişdir.
Bildirişlər
1. Allahdan qeyrisinə etimadın sonu əliboşluqdur.
2. Allahın qəzəbi nazil olan vaxt var-dövlət, övlad nə qədər çox olsa da kara gəlmir. (Təhlükə gəldikdə rifah dövrünün dostları tapılmır.)
3. Bütün acı hadisələrin qətnaməsi eynidir: Qüdrət yalnız Allaha məxsusdur.
4. Qeyri-ilahi vilayətlər davamsız və batildir. Yalnız Allahın vilayəti sabit və haqdır.
5. Nə qədər hesab aparıb uzağı düşünsək də Allahın sorağınca getməliyik.
6. İlahi yardım və Allahın haqq olması ən üstün mükafat və aqibətin təminatçısıdır.
7. Yaxşı sonluq və mükafat dəyər ölçüsüdür.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 44-cü ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 44-cü ayəsi nə haqqındadır?
Bu yerdə (və bu kimi bəla hallarında) işin sahibliyi və yardım yalnız haqq olan Allaha məxsusdur. O, mükafat baxımından daha yaxşı və aqibəti təmin etmək baxımından daha gözəldir (Ondan başqasının işlərdə nə ixtiyarı, nə mükafatı və nə də aqibəti təmin etmək qüdrəti vardır).
Əl-Kəhf ‏ surəsi 44-cü ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 44-cü ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 44-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 44-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 44-cü ayənin təfsiri nədir?
"O halda vilayət və qüdrət yalnız haqq olan Allaha məxsusdur. Ən üstün mükafat və ən yaxşı sonluq Onun tərəfindədir.”NöqtələrQuranda dəfələrlə təkid olunur ki, insan təhlükə ilə üzləşdiyi vaxt maddi vasitələri təsirsiz gördükdə Allaha üz tutur və dərin bir ümidlə Onu səsləyir. İnsan dənizdə tufana düşdükdə və ya əzabla üzləşdikdə iman gətirir.Ayədə bağı yanmış şəxs köməyinə gələn olmadığını görüb hökmün Allaha məxsus olduğunu anlayır.Bu ayədə "vilayət” sözü qüdrət və yardım mənasında işlədilmişd...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.