Əl-Kəhf ‏ surəsi · 29-cu ayə

Və de: «Haqq sizin Rəbbiniz tərəfindən olandır. Buna görə də istəyən iman gətirsin, istəyən küfr etsin. Şübhəsiz, Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, pərdələri onları əhatə edəcəkdir. Və əgər (susuzluğun şiddətindən) imdada çağırsalar, mis kimi əridilmiş (və) üzləri bişirən bir su ilə dadlarına çatılar. Necə də pis içkidir və necə də pis bir məkandır!»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 29
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"De ki, haqq Rəbbiniz tərəfindən yetişmişdir. İstəyən iman gətirsin, istəməyən kafir olsun. Həqiqətən Biz sitəmkarlar üçün pərdə tək onları bürüyəcək od hazırlamışıq. Sığınacaq axtardıqda (mis kimi) qaynar su ilə çöhrələrini yandırmaqla onlara yardım göstərilər. Necə də pis içki, necə də pis məkandır!”
Nöqtələr
Belə görünür ki, ayədə iman gətirməzdən öncə şərt qoyan kəslərə cavab verilir. Onlar deyirlər: "Bizim dinə qatılmağımız üçün yoxsullar rədd edilsin.”
Xalq iman və ya küfr yolunu seçməkdə azad buraxılsa da, bilməlidir ki, küfrün sonu yandırıcı qiyamət əzabıdır.
"Suradiq”, yəni pərdə sözü Quranda bir yerdə işlədilmişdir və cəhənnəm əhlinə aiddir.
İmam Rza (ə) zalım hökumət məmurlarından birinə buyurdu: ”Əgər dağdan atılsam və parça-parça olsam, zalıma işçi olmağımdan daha yaxşıdır. Yalnız möminləri çətinlikdən qurtarmaq üçün belə etmək olar.” Sonra həzrət buyurur: "Allah xalqın hesab-kitabını (Qiyamətdə) qurtarana kimi zalım hökumət işçilərini atəşdən pərdəyə bürüyər.”
Bildirişlər
1. Yeganə haqq mənbəsi Allahdır.
2. Mömin yoxsulların rədd edilməsi düzgün istək deyil, gerçək istək Allaha məxsusdur.
3. Xalqın meyilli və ya meyilsiz olmasının dinin necəliyinə təsiri yoxdur.
4. Peyğəmbərin vəzifəsi dəvət etməkdir və insanlar iman və ya küfrü qəbul etməkdə azad buraxılmışlar.
Küfrlə din müştərisiz qalmayıb,
Dindar küfrü, kafir dini almayıb.
5. Küfr insanın özünə qarşı zülmüdür.
6. Cəhənnəm indi də hazırdır.
7. İnsanın taleyi onun meyl və əməllərindən asılıdır. (İnsanı qoynuna almış şəhvətlər və fəsadlar onu axirətdə əhatə edəsi oddur.)
8. Kafirlərin pis aqibətinə diqqət insanın tərbiyəsində mühüm rol oynayır.
9. Məad cismanidir.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 29-cu ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 29-cu ayəsi nə haqqındadır?
Və de: «Haqq sizin Rəbbiniz tərəfindən olandır. Buna görə də istəyən iman gətirsin, istəyən küfr etsin. Şübhəsiz, Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, pərdələri onları əhatə edəcəkdir. Və əgər (susuzluğun şiddətindən) imdada çağırsalar, mis kimi əridilmiş (və) üzləri bişirən bir su ilə dadlarına çatılar. Nec...
Əl-Kəhf ‏ surəsi 29-cu ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 29-cu ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 29-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 29-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 29-cu ayənin təfsiri nədir?
"De ki, haqq Rəbbiniz tərəfindən yetişmişdir. İstəyən iman gətirsin, istəməyən kafir olsun. Həqiqətən Biz sitəmkarlar üçün pərdə tək onları bürüyəcək od hazırlamışıq. Sığınacaq axtardıqda (mis kimi) qaynar su ilə çöhrələrini yandırmaqla onlara yardım göstərilər. Necə də pis içki, necə də pis məkandır!”NöqtələrBelə görünür ki, ayədə iman gətirməzdən öncə şərt qoyan kəslərə cavab verilir. Onlar deyirlər: "Bizim dinə qatılmağımız üçün yoxsullar rədd edilsin.”Xalq iman və ya küfr yolunu seçməkdə aza...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.