Əl-Kəhf ‏ surəsi · 45-ci ayə

Və onlara dünya həyatını məsəl çək ki, (o,) göydən endirdiyimiz su kimidir. Yerin bitkiləri onun (bu suyun) vasitəsilə (bitir və) bir-birlərinə qarışırlar (və gözəl bir mənzərə yaranır). Sonra (az bir zamandan sonra) quruyurlar. Beləliklə küləklər onları (hara gəldi) səpələyər. Allah həmişə hər bir şeyə qadirdir.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 45
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"(Ey peyğəmbər,) onlar üçün dünya həyatını məsəl çək; (müvəqqətilikdə) su kimidir ki, səmadan endirdik, yerin otu (onun vasitəsilə ilə) qarışar, qəfildən quruyar. Belə ki, küləklər (onları) sovurar. Allah hər şeyə qüdrətlidir.”
Nöqtələr
Ayədə qürurlu və qafil insanlara ibrət olsun deyə cücərtidən, yerin yaşıl örtüyündən, ilahi qəzəbin nazil olub onları yandırmasından danışılır.("Muzzəmmil”, 14. )
Bəli, dünya azca yağışla göyərib, azca küləklə quruyan köksüz ot kimidir. İnsana qalan onun əməlidir. Bu nöqtəyə həzrət Əmirəl-möminin (ə) da öz divanında işarə edir.
Bildirişlər
1. Həqiqətlərin bəyanı və xalqın hidayəti üçün Allah rəsuluna (s) əmr olunur ki, təmsildən istifadə etsin.
2. Tərbiyə və təbliğ üsullarından biri hamı tərəfindən anlaşılacaq və təbii misallardan istifadə etməkdir.
3. Hər bir baharın xəzanı, hər bir vüsalın fərağı var.
4. Dünyanın ötəri cilvələri bizi aldatmasın, davamlı gələcək haqqında düşünək.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 45-ci ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 45-ci ayəsi nə haqqındadır?
Və onlara dünya həyatını məsəl çək ki, (o,) göydən endirdiyimiz su kimidir. Yerin bitkiləri onun (bu suyun) vasitəsilə (bitir və) bir-birlərinə qarışırlar (və gözəl bir mənzərə yaranır). Sonra (az bir zamandan sonra) quruyurlar. Beləliklə küləklər onları (hara gəldi) səpələyər. Allah həmişə hər bir şeyə qadirdir.»
Əl-Kəhf ‏ surəsi 45-ci ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 45-ci ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 45-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 45-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 45-ci ayənin təfsiri nədir?
"(Ey peyğəmbər,) onlar üçün dünya həyatını məsəl çək; (müvəqqətilikdə) su kimidir ki, səmadan endirdik, yerin otu (onun vasitəsilə ilə) qarışar, qəfildən quruyar. Belə ki, küləklər (onları) sovurar. Allah hər şeyə qüdrətlidir.”NöqtələrAyədə qürurlu və qafil insanlara ibrət olsun deyə cücərtidən, yerin yaşıl örtüyündən, ilahi qəzəbin nazil olub onları yandırmasından danışılır.("Muzzəmmil”, 14. )Bəli, dünya azca yağışla göyərib, azca küləklə quruyan köksüz ot kimidir. İnsana qalan onun əməlidir. B...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.