Əl-Kəhf ‏ surəsi · 16-cı ayə

Və (bir-birlərinə dedilər): «İndi ki, onlardan və onların Allahın yerinə ibadət etdiklərindən uzaqlaşmısınız, onda bu böyük mağarada yerləşin ki, Rəbbiniz Öz rəhmətini sizə şamil etsin və işinizdə sizin üçün asanlıq və əmin-amanlıq hazırlığı görsün.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 16
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"Müşriklərdən və onların Allahdan başqa pərəstiş etdiyi tanrılardan uzaqlaşdığınız vaxt mağaraya sığının ki, Rəbbiniz sizin üçün Öz mərhəmətindən əta etsin və sizin üçün işinizdə açılış qərar versin.”
Nöqtələr
Bu sözlər Kəhf səhabələrinin rəhbərinin dilindən deyilir. O öz yanındakı gənclərə Allahın rəhməti ilə ümid verir.("Təfsire-Furqan”. )
Bildirişlər
1. Həqiqi allahpərəst həm bütləri boşlayır, həm də bütpərəstlərdən uzaqlaşır.
2. Allahpərəstlər üçün müşriklər tərəfindən daim təhlükə var.
3. Tövhid fəzası olan mağarada yaşamaq şirk fəzası olan şəhərdə yaşamaqdan üstündür. Həzrət Yusif (ə) da öz növbəsində zindanı saraydan üstün tutdu.(Bax: ayə 19, 21, 22, 26. )
4. Allaha xatir qiyam qaldıran, cəmiyyətindən uzaqlaşıb hicrət edən kəs ilahi lütfdən bəhrələnir.
5. Çətinliklər ötəridir və asayiş üçün müqəddimədir.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 16-cı ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 16-cı ayəsi nə haqqındadır?
Və (bir-birlərinə dedilər): «İndi ki, onlardan və onların Allahın yerinə ibadət etdiklərindən uzaqlaşmısınız, onda bu böyük mağarada yerləşin ki, Rəbbiniz Öz rəhmətini sizə şamil etsin və işinizdə sizin üçün asanlıq və əmin-amanlıq hazırlığı görsün.»
Əl-Kəhf ‏ surəsi 16-cı ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 16-cı ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 16-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 16-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 16-cı ayənin təfsiri nədir?
"Müşriklərdən və onların Allahdan başqa pərəstiş etdiyi tanrılardan uzaqlaşdığınız vaxt mağaraya sığının ki, Rəbbiniz sizin üçün Öz mərhəmətindən əta etsin və sizin üçün işinizdə açılış qərar versin.”NöqtələrBu sözlər Kəhf səhabələrinin rəhbərinin dilindən deyilir. O öz yanındakı gənclərə Allahın rəhməti ilə ümid verir.("Təfsire-Furqan”. )Bildirişlər1. Həqiqi allahpərəst həm bütləri boşlayır, həm də bütpərəstlərdən uzaqlaşır.2. Allahpərəstlər üçün müşriklər tərəfindən daim təhlükə var.3. Tövhid ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.