Əl-Kəhf ‏ surəsi · 30-cu ayə

Əlbəttə, iman gətirmiş və yaxşı işlər görmüş kəslər (bilsinlər ki,) şübhəsiz, Biz gözəl iş görmüş kəsin mükafatını zay etməyəcəyik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 30
MÖHSÜN QƏRAƏTİ 26.03.2026
"Həqiqətən, iman gətirib saleh işlər görənlər (bilsinlər ki,) şübhəsiz, Biz yaxşı iş görənlərin mükafatını puça çıxarmarıq.”
Nöqtələr
Allah bizim saleh işlərimizi puça çıxarmır. Yaxşı əməllərimizi məhv edən əslində öz pis xasiyyətlərimiz və əməllərimizdir.
İstənilən saleh əməl bir neçə yolla yerinə yetirilə bilər: adi yolla, yaxşı yolla və ali yolla. Bu ayədə ən ali yola təşviq edilir. Bəli, bəzən qida məhsulları yaxşı olur, amma hazırlanma qaydası fərqlənir.
Bildirişlər
1.Tərbiyə zamanı xəbərdarlıq və müjdə yanaşı olmalıdır. (Ötən ayədə xəbərdarlıqdan, bu ayədə müjdədən danışıldı.)
2. İlahi məqsəd saleh əməldən öndə gəlir.
3. İslama əsasən ilahi hesabdan heç nə məxfi qalmır və heç bir əməlin mükafatı zaya çıxmır.
4. Əməlin dəyərləndirilməsində kəmiyyət yox, keyfiyyət ölçüdür.

Tez-tez Verilən Suallar

Əl-Kəhf ‏ surəsi 30-cu ayə haqqında suallar və cavablar

Əl-Kəhf ‏ surəsinin 30-cu ayəsi nə haqqındadır?
Əlbəttə, iman gətirmiş və yaxşı işlər görmüş kəslər (bilsinlər ki,) şübhəsiz, Biz gözəl iş görmüş kəsin mükafatını zay etməyəcəyik.
Əl-Kəhf ‏ surəsi 30-cu ayə hansı surədə yerləşir?
Əl-Kəhf ‏ surəsi Quran-ı Kərimin 18-ci surəsidir. Bu surə Məkkəvi surədir və 30-cu ayə Əl-Kəhf ‏ surəsinin tərkib hissəsidir.
Əl-Kəhf ‏ surəsi 30-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Kəhf ‏ surəsinin 30-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Kəhf ‏ surəsi 30-cu ayənin təfsiri nədir?
"Həqiqətən, iman gətirib saleh işlər görənlər (bilsinlər ki,) şübhəsiz, Biz yaxşı iş görənlərin mükafatını puça çıxarmarıq.”NöqtələrAllah bizim saleh işlərimizi puça çıxarmır. Yaxşı əməllərimizi məhv edən əslində öz pis xasiyyətlərimiz və əməllərimizdir.İstənilən saleh əməl bir neçə yolla yerinə yetirilə bilər: adi yolla, yaxşı yolla və ali yolla. Bu ayədə ən ali yola təşviq edilir. Bəli, bəzən qida məhsulları yaxşı olur, amma hazırlanma qaydası fərqlənir.Bildirişlər1.Tərbiyə zamanı xəbərdarlıq ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.