NUR TƏFSİRİ: Əl-Həcc surəsi / ayə 26
"(Xatırla,) bir zaman Kəbə məkanını İbrahim üçün hazırladıq. (Ona dedik:) Mənə heç bir şərik qoşma, evimi təvaf, (ibadət üçün) qiyam, rüku və səcdə edənlər üçün pak saxla.”
Bildirişlər
1. Kəbə və İbrahimin macərası unudulmaz bir həqiqətdir.
2. Hər birimiz ilahi tövfiqə ehtiyaclıyıq.
3. Müqəddəs məkanlar müqəddəs fərdlərin ixtiyarında olmalıdır.
4. Bəşəriyyət lap qədimdən Kəbə evi ilə tanışdır.
5. Allaha hansısa şəkildə şərik qoşmaq yolverilməzdir.
6. Əvvəlcə içdən, sonra çöldən paklanmaq!
7. Məscidə xidmət ibrahimsayağı iftixardır.
8. Özünütərbiyə kifayət deyil, xalqa xidmət də lazımdır.
9. Allaha aid istənilən bir yer müqəddəsdir və bu yerə hamı ehtiram göstərməlidir.
10. İbadət mərkəzi pak olmalıdır.
11. Namaz və namazqılan şəxs o qədər əzizdir ki, hətta İbrahim özü ibadət məkanına xidmət göstərməlidir.
12. İnsanların təvafı, (ibadət üçün) qiyamı və namazı Məscidül-Həramın haqqıdır. Amma təvafın savabı daha böyükdür. (Təvaf Kəbə evinin başına fırlanmaqla müşayiət olunan ibadətdir; Həccə gedənlər Kəbə ətrafında 7 dəfə dövrə vurur və bu əməl təvaf adlanır.)