NUR TƏFSİRİ: Əl-Həcc surəsi / ayə 35
"("Muxbitin”) o kəslərdir ki, Allahın adı çəkildiyi vaxt qəlbləri qorxudan lərzəyə gələr, düçar olduqlarına səbir edər, namaz qılar və onlara verdiyimiz ruzidən infaq edərlər.”
Nöqtələr
Allah zikri həm insana aramlıq verir, həm də iman əhlini lərzəyə gətirir. Necə ki, körpə öz valideynini yada saldıqda həm rahatlaşır, həm də onlardan çəkinib özünü yığışdırır.
Bildirişlər
1. Allah qorxusu bir dəyərdir.
2. Təqva bütün kamilliklərdən öndə gəlir.
3. Vəzifənin icrasında təqvadan sonra, müqavimət və səbir əsas prinsipdir.
4. Çətinliklər qarşısında dayana bilən səbir dəyərlidir.
5. Allahla rabitə məhrumlarla rabitədən ayrı deyil.
6. İnsan təkcə sərvətindən yox, həm də elm, hörmət, sənətindən infaq edə bilər.
7. Yalnız daimi infaqın dəyəri var.
8. İnfaq edərkən orta həddi gözləmək lazımdır.
9. İnsanın mal-mülkü ilahi ruzidir.