NUR TƏFSİRİ: Əl-Həcc surəsi / ayə 74
"(Müşriklər) Allahı layiqincə böyük tutmadılar. Şübhəsiz, Allah qüvvət və izzət sahibidir.”
Bildirişlər
1. Müraciət qarşı tərəfin halına uyğun olmalıdır. (Müşriklərin səviyyəsinə uyğun olaraq onlara "ey insanlar” deyə müraciət olunur.)
2. Təbliğdə öncə qarşı tərəfi dinləməyə hazırlayaq, sonra sözə başlayaq.
3. Quran misallarına lazımınca diqqət yetirək.
4. Əgər insanlar bütün güclərini işə salsalar, ən kiçik canlı varlığı yarada bilməzlər.
5. Ən xırda yaranmışı da kiçik saymayaq.
6. Milçək qarşısında aciz qalan kəs ibadətə layiq deyil.
7. Müşriklər Allahı qəbul edirdilər, amma ondan başqalarına da əyilirdilər.
8. Başqalarından yardım diləmək insanı şirkə aparır. Allahdan qeyrilərini kənara qoymaq, yalnız Onun sorağınca getmək lazımdır. Qüdrət və izzət Allaha məxsusdur.