Əl-Həcc ‏ surəsi · 65-ci ayə

Məgər Allahın yer üzündə olanları və həmçinin dənizdə Onun əmri ilə hərəkət edən gəmiləri sizə ram etməsini (varlıq səlahiyyətlərinin müxtəlif olmasına baxmayaraq, onların hamısını sizin elm və istəyinizə tabe etməsini) və göyü (gözəgörünməz məxsus qüvvə ilə) Onun izn və qəti istəyi olmadan (varlıq aləminin quruluşunu pozmaq istəməsi istisna olmaqla) yer üzünə düşməkdən saxladığını görmədin? Həqiqətən Allah insanlara qarşı şəfqətli və mehribandır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 65
MÖHSÜN QƏRAƏTİ 21.09.2026
"Görmədinmi ki, Allah yer üzündə nə varsa, həm də Onun əmri ilə dəryada üzən gəmiləri sizə ram etdi, göyləri saxladı ki, Onun əmri olmadan yerə enməsin?! Həqiqətən, Allah insanlara qarşı mehriban və mərhəmətlidir.”

Nöqtələr
Mövcudların ram edilməsi dedikdə, onların bütünlüklə insanın istifadəsinə verilməsi nəzərdə tutulur. Günəş ram olmuşdur, yəni biz ondan bəhrələnirik.
Yer üzündəki nemətlərlə yanaşı gəminin adının ayrıca qeyd olunması onun mühüm rola malik olduğunu göstərir. Elə günü bu gün su hövzələrində hərəkət edən gəmilər dayansa, dünyanın iqtisadiyyatı iflic olar.

Bildirişlər
1. Yaranışın mütaliəsi həm iman, həm də eşq üçün zəmindir.
2. Varlıq aləminin ram olunması Allahın iradəsindən asılıdır.
3. İnsan yer üzünə və ondakı hadisələrə qalib gələ bilər. (Bəşəriyyət yer üzündə mövcud olan yaranışların şərafətlisidir.)
4. Təbiətin seyri Allahın iradəsindən asılıdır.
5. Göy və göydə olanlar Allah tərəfindən öz yerindəcə saxlanılırlar.
6. Varlıq aləmindəki nizam və onun hifzi Allahın daimi nəzarətinə ehtiyaclıdır.
7. Təbiət qanunları Allahın iradəsi qarşısında dayana bilməz.
8. Allahın mehribanlığı və mərhəməti Onun lütfünə dəlildir.
Təbiətin insana ram edilməsi, gəmilərin dəryada hərəkəti, səma cisimlərinin təhlükəsiz hərəkəti Allahın mehribanlıq və mərhəməti ilə təmin olunur.
9. Bütün insanlar Allahın lütfündən bəhrələnir.

Tez-tez Verilən Suallar

Əl-Həcc ‏ surəsi 65-ci ayə haqqında suallar və cavablar

Əl-Həcc ‏ surəsinin 65-ci ayəsi nə haqqındadır?
Məgər Allahın yer üzündə olanları və həmçinin dənizdə Onun əmri ilə hərəkət edən gəmiləri sizə ram etməsini (varlıq səlahiyyətlərinin müxtəlif olmasına baxmayaraq, onların hamısını sizin elm və istəyinizə tabe etməsini) və göyü (gözəgörünməz məxsus qüvvə ilə) Onun izn və qəti istəyi olmadan (varlıq aləminin quruluşunu ...
Əl-Həcc ‏ surəsi 65-ci ayə hansı surədə yerləşir?
Əl-Həcc ‏ surəsi Quran-ı Kərimin 22-ci surəsidir. Bu surə Məkkəvi surədir və 65-ci ayə Əl-Həcc ‏ surəsinin tərkib hissəsidir.
Əl-Həcc ‏ surəsi 65-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Həcc ‏ surəsinin 65-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Həcc ‏ surəsi 65-ci ayənin təfsiri nədir?
"Görmədinmi ki, Allah yer üzündə nə varsa, həm də Onun əmri ilə dəryada üzən gəmiləri sizə ram etdi, göyləri saxladı ki, Onun əmri olmadan yerə enməsin?! Həqiqətən, Allah insanlara qarşı mehriban və mərhəmətlidir.”NöqtələrMövcudların ram edilməsi dedikdə, onların bütünlüklə insanın istifadəsinə verilməsi nəzərdə tutulur. Günəş ram olmuşdur, yəni biz ondan bəhrələnirik.Yer üzündəki nemətlərlə yanaşı gəminin adının ayrıca qeyd olunması onun mühüm rola malik olduğunu göstərir. Elə günü bu gün su hö...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.