Əl-Həcc ‏ surəsi · 60-cu ayə

. (İman və küfr barəsində mətləb) budur! Kim cəzalandırıldığı miqdarda cəzalandırsa (ona zülm etmiş şəxsdən qisas yaxud da qanbahası alsa) sonra ona zülm edilsə (cinayətkar bir daha ona qarşı həddini aşsa), şübhəsiz, Allah (dünya və axirətdə) ona (məzluma) kömək edəcəkdir. Həqiqətən Allah (zülmə məruz qalmış şəxsi) əfv edən və bağışlayandır (və bu cür cəzalandırma üsuluna icazə verir).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 60
MÖHSÜN QƏRAƏTİ 21.09.2026
"(Bəli, hökm) budur. Hər kəs özünə verilən sitəm həddində cəzalandırsa, yenidən zülmə düçar olduqda, şübhəsiz, Allah ona yardım edəcək. Əlbəttə, Allah əfv edib bağışlayandır.”

Nöqtələr
"Təfsiri-nümunə”də oxuyuruq: "Müşriklər məhərrəm ayında dedilər: "Müsəlmanlar bu ayda döyüşü haram sayırlar. Onlar bu ayda müdafiə də olunmayacaqlar, belə isə yubanmadan hücum edək.” Ayədə isə buyurulur: "İstənilən bir ayda müdafiə vacibdir.”
Bildirişlər
1. Müdafiə hər bir insanın təbii haqqıdır.
2. Ədalət hər yerdə dəyərdir.
3. Məzluma yardım bəzən zalımın məhvi ilə müşayiət olunmur.
4. Allah məzluma yardım edir, amma onun müəyyən səbəblərdən zalımı da bağışlaması mümkündür.

Tez-tez Verilən Suallar

Əl-Həcc ‏ surəsi 60-cu ayə haqqında suallar və cavablar

Əl-Həcc ‏ surəsinin 60-cu ayəsi nə haqqındadır?
. (İman və küfr barəsində mətləb) budur! Kim cəzalandırıldığı miqdarda cəzalandırsa (ona zülm etmiş şəxsdən qisas yaxud da qanbahası alsa) sonra ona zülm edilsə (cinayətkar bir daha ona qarşı həddini aşsa), şübhəsiz, Allah (dünya və axirətdə) ona (məzluma) kömək edəcəkdir. Həqiqətən Allah (zülmə məruz qalmış şəxsi) əfv...
Əl-Həcc ‏ surəsi 60-cu ayə hansı surədə yerləşir?
Əl-Həcc ‏ surəsi Quran-ı Kərimin 22-ci surəsidir. Bu surə Məkkəvi surədir və 60-cu ayə Əl-Həcc ‏ surəsinin tərkib hissəsidir.
Əl-Həcc ‏ surəsi 60-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Həcc ‏ surəsinin 60-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Həcc ‏ surəsi 60-cu ayənin təfsiri nədir?
"(Bəli, hökm) budur. Hər kəs özünə verilən sitəm həddində cəzalandırsa, yenidən zülmə düçar olduqda, şübhəsiz, Allah ona yardım edəcək. Əlbəttə, Allah əfv edib bağışlayandır.”Nöqtələr"Təfsiri-nümunə”də oxuyuruq: "Müşriklər məhərrəm ayında dedilər: "Müsəlmanlar bu ayda döyüşü haram sayırlar. Onlar bu ayda müdafiə də olunmayacaqlar, belə isə yubanmadan hücum edək.” Ayədə isə buyurulur: "İstənilən bir ayda müdafiə vacibdir.”Bildirişlər1. Müdafiə hər bir insanın təbii haqqıdır.2. Ədalət hər yerdə də...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.