Əl-Həcc ‏ surəsi · 34-cü ayə

(Qurban kəsmək təkcə İbrahimin davamçıları olan sizin həcc əməllərinizə aid deyil.) Hər bir şəriət əhli üçün məxsus qurban ibadəti (və ya qurbanı olan həcc əməlləri) müəyyənləşdirmişik ki, (qurbanlarını kəsəndə) ruziləri etdiyimiz heyvanların (başları) üzərində Allahın adını çəksinlər. Çünki sizin Allahınız tək olan Allahdır. Buna görə də Onun qarşısında təslim olun və (ey Peyğəmbər, sən) təvazökar və xalis (niyyət və əməlli)lərə müjdə ver.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 34
MÖHSÜN QƏRAƏTİ 21.09.2026

"(Qurbanlıq vəzifəsi təkcə sizin ümmətə aid deyil,) Biz hər bir ümmət üçün bir ayin müəyyənləşdirdik. Qurbanlıq zamanı onlara ruzi edilmiş heyvan üzərində Allahın adını çəksinlər. Sizin Allahınız yeganə məbuddur. Yalnız Ona təslim olun. Xalis bəndələrə müjdə ver.”


Nöqtələr
"Xəbt” sözündən olan "müxbitin” sözü çala-çökəksiz, geniş və hamar yer mənasını bildirir. İstənilən bir şirkdən uzaq, aram və arxayın insan "muxbit” adlanır.
"Mənsək” sözü məsdər, zaman və ya məkan ismi ola bilər. Uyğun yanaşmaya əsasən, ayə belə mənalandırıla bilər: "Biz hər bir ümmət üçün ibadət proqramı, qurbanlıq üçün vaxt, ondan ötəri məkan müəyyənləşdirdik.

Bildirişlər
1. Bütün səmavi dinlərdə qurbanlıq proqramı var.
2. Qurbanlıq zamanı Allahın adını dilə gətirmək lazımdır.
3. Allaha yalnız vəhy yolu ilə bəndəlik edilməlidir.
4. Məbudumuz yeganə Allahdır. Allah bizim həm dinimizi, həm də dünyamızı təmin edir.
5. Allahın adı o qədər dəyərlidir ki, heyvanın kəsimi zamanı bu adın dilə gətirilməsi əti halal edir.
6. Allahpərəst insanların qidasında da ilahi rəng olmalıdır.
7. Allahdan qeyrisinə təslim olmayın.
8. Bütün dinlərdə Allahın adının çəkilməsi qeyd olunur. Məlum olur ki, hamının məbudu bir Allahdır. Əgər başqa bir məbud olsaydı, uyğun mərasimlər fərqli şəkildə nəzərdə tutulardı.
9. İlahi müjdələr Allah qarşısında təvazökar və təslim olmuş kəslərə ünvanlanmışdır.

Tez-tez Verilən Suallar

Əl-Həcc ‏ surəsi 34-cü ayə haqqında suallar və cavablar

Əl-Həcc ‏ surəsinin 34-cü ayəsi nə haqqındadır?
(Qurban kəsmək təkcə İbrahimin davamçıları olan sizin həcc əməllərinizə aid deyil.) Hər bir şəriət əhli üçün məxsus qurban ibadəti (və ya qurbanı olan həcc əməlləri) müəyyənləşdirmişik ki, (qurbanlarını kəsəndə) ruziləri etdiyimiz heyvanların (başları) üzərində Allahın adını çəksinlər. Çünki sizin Allahınız tək olan Al...
Əl-Həcc ‏ surəsi 34-cü ayə hansı surədə yerləşir?
Əl-Həcc ‏ surəsi Quran-ı Kərimin 22-ci surəsidir. Bu surə Məkkəvi surədir və 34-cü ayə Əl-Həcc ‏ surəsinin tərkib hissəsidir.
Əl-Həcc ‏ surəsi 34-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Həcc ‏ surəsinin 34-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Həcc ‏ surəsi 34-cü ayənin təfsiri nədir?
"(Qurbanlıq vəzifəsi təkcə sizin ümmətə aid deyil,) Biz hər bir ümmət üçün bir ayin müəyyənləşdirdik. Qurbanlıq zamanı onlara ruzi edilmiş heyvan üzərində Allahın adını çəksinlər. Sizin Allahınız yeganə məbuddur. Yalnız Ona təslim olun. Xalis bəndələrə müjdə ver.”Nöqtələr"Xəbt” sözündən olan "müxbitin” sözü çala-çökəksiz, geniş və hamar yer mənasını bildirir. İstənilən bir şirkdən uzaq, aram və arxayın insan "muxbit” adlanır."Mənsək” sözü məsdər, zaman və ya məkan ismi ola bilər. Uyğun yanaşmaya...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.