NUR TƏFSİRİ: Əl-Həcc surəsi / ayə 72
"Aşkar ayələrimiz onlara oxunan vaxt küfrə uğrayanların çöhrəsində qəzəb görərsən. Onlar az qalır ayələrimizi oxuyanlara hücum edələr. De ki, sizə bundan da pisini xəbər verimmi? Bir od ki, Allah kafirlərə vəd etmişdir və necə də pis aqibətdir.”
Nöqtələr
"Yəstunə” sözü hücum mənasını bildirir.
Küfrlə imanın mübarizəsində kafirlər mənəvi mərkəzləri və şəxsiyyətləri hədəfə alırlar. Onlar bəzən ibadət mərkəzlərinə də hücum çəkir.
Bildirişlər
1. Kafirlər daim inkar mövqeyindədirlər.
2. Allah kafirlərə höccəti tamamlayır, yetərli dəlillər gətirib bəhanələri kəsir.
3. Höccət və dəlillər aydın olmalıdır.
4. Kafirlərin kin-küdurəti gizli qalmaz.
5. Qəlbin inkarı cismə təsir göstərir.
6. Əlində dəlil olmayan fərd zora əl atır. Zor, məntiqdə acizlik nişanəsi sayılır.
7. Din təbliğatçıları və ardıcılları özlərini müxaliflərdən müdafiəyə hazırlasınlar.
8. Dinin aşkar təbliğatı kafirlərin canı üçün bir oddur.
9. İnadkar insanlara xəbərdarlıq edərkən cəhənnəmi xatırladın.