Əl-Həcc ‏ surəsi · 32-ci ayə

Budur (həcc əməlləri)! Kim Allahın (buyurduğu həccin və Onun dininin) nişanələrinə ehtiram göstərsə, şübhəsiz, (bu ehtiram) qəlblərdəki təqvadan hasil olur.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 32
MÖHSÜN QƏRAƏTİ 21.09.2026

"Budur (Allahın Həcc haqqındakı göstərişləri). Hər kəs Allahın mərasimlərini əziz tutsa, bu, qəlblərin təqvasındandır.”


Nöqtələr
Qurani-Kərim digər ayələrdə iki dəfə aşkar şəkildə Həcc mərasimlərini ilahi mərasimlərdən sayır: Bir dəfə "Səfa və Mərvə”, digər dəfə "qurbanlıq dəvələr” təbiri ilə. Amma ilahi mərasimlər bununla başa çatmır, bütün kollektiv ibadətlər ilahi mərasim sayılır. Cümə namazları, cəmiyyət namazları və bütün həcc mərasimi uyğun ayinlərdəndir.
Təqva müxtəlif nişanələrlə anlaşılan ruhi halətlərdəndir. Çünki zahiri işlərdə günahla savab arasında bir o qədər də fərq yoxdur. Məsələn, xalisanə namaz riyakarlıqla qılınan namazdan zahirən fərqlənmir. Onlardan birini dəyərli, digərini dəyərsiz edən qəlblərə aid olan ruh və batindir.

Bildirişlər
1. Daxili təqvanın zahiri nişanələri də olmalıdır. İlahi mərasimlərə etinasızlıq göstərən şəxsin əslində qəlb təqvası yetərsizdir.
2. Anma mərasimləri rəqabət yox, təqvaya əsaslanmalıdır.

Tez-tez Verilən Suallar

Əl-Həcc ‏ surəsi 32-ci ayə haqqında suallar və cavablar

Əl-Həcc ‏ surəsinin 32-ci ayəsi nə haqqındadır?
Budur (həcc əməlləri)! Kim Allahın (buyurduğu həccin və Onun dininin) nişanələrinə ehtiram göstərsə, şübhəsiz, (bu ehtiram) qəlblərdəki təqvadan hasil olur.
Əl-Həcc ‏ surəsi 32-ci ayə hansı surədə yerləşir?
Əl-Həcc ‏ surəsi Quran-ı Kərimin 22-ci surəsidir. Bu surə Məkkəvi surədir və 32-ci ayə Əl-Həcc ‏ surəsinin tərkib hissəsidir.
Əl-Həcc ‏ surəsi 32-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Həcc ‏ surəsinin 32-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Həcc ‏ surəsi 32-ci ayənin təfsiri nədir?
"Budur (Allahın Həcc haqqındakı göstərişləri). Hər kəs Allahın mərasimlərini əziz tutsa, bu, qəlblərin təqvasındandır.”NöqtələrQurani-Kərim digər ayələrdə iki dəfə aşkar şəkildə Həcc mərasimlərini ilahi mərasimlərdən sayır: Bir dəfə "Səfa və Mərvə”, digər dəfə "qurbanlıq dəvələr” təbiri ilə. Amma ilahi mərasimlər bununla başa çatmır, bütün kollektiv ibadətlər ilahi mərasim sayılır. Cümə namazları, cəmiyyət namazları və bütün həcc mərasimi uyğun ayinlərdəndir.Təqva müxtəlif nişanələrlə anlaşılan ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.