NUR TƏFSİRİ: Əl-Həcc surəsi / ayə 67
"Hər bir ümmət üçün əməl etsinlər deyə ayinlər müəyyənləşdirdik. Bu barədə səninlə mübahisə etməməlidirlər. (Xalqı) Rəbbinin yoluna çağır. Həqiqətən, sən doğru yoldasan.”
Nöqtələr
İnsanların mövsümi, ictimai və qeyri-sabit ehtiyacları olduğundan onlar üçün müxtəlif şəraitlərdə yeni göstərişlər verilməlidir. Necə ki, şərait dəyişdikcə həkim də yazdığı nüsxəni dəyişir. Yaşadığımız dövrdə fəqihlər (din alimləri) ümumi qanunlar çərçivəsində müsəlmanlara yeni göstərişlər verirlər.
Bəziləri "mənsək” sözünün qurbanlıq mənasında olduğunu əsas götürüb ayəni belə mənalandırırlar: "Biz hər bir ümmət üçün bir növ qurbanlıq müəyyənləşdirdik ki, ona əməl etsinlər. Buna görə də müşriklər sənin qurbanlıq göstərişinə bəhanə tutmamalıdırlar.”
Bildirişlər
1. Allah heç bir ümməti məktəbsiz qoymur.
2. Din Allah tərəfindən olmalıdır.
3. Xalq ilahi yolda qədəm götürməlidir.
4. Təbliğatçının vəzifəsi ümmətin hidayəti və bu yolda sabitqədəmlikdir.
5. Doğru yol peyğəmbərlərin yoludur.
6. Müxaliflərin təzyiqləri, düşmənçiliklərinə cavab üçün həqiqi rəhbərlərdən güc almaq lazımdır.
7. Başqalarının doğru yola çağırışını öhdəsinə götürmüş kəs özü haqq yolda olmalıdır