Əl-Həcc ‏ surəsi · 46-cı ayə

Məgər onlar yer (üzün)də gəzib dolaşmayıblar ki, düşünən qəlbləri və ya eşidən qulaqları olsun?! Çünki əslində zahiri gözlər kor olmur, lakin sinələrdəki ürəklər kor olur.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 46
MÖHSÜN QƏRAƏTİ 21.09.2026

"Yoxsa onlar yer üzünü seyr etmirlər ki, həqiqəti dərk edəsi qəlbləri, həqiqəti eşidəsi qulaqları olsun? Əlbəttə, onların gözləri kor deyil, amma sinələrindəki qəlbləri kordur.”


Bildirişlər
1. Elmi və təcrübi səfərlər (seyr) dəyərli iş, məlumatı artırmaq üçün səmərəli yoldur.
2. Yer və zaman bir növ məktəbdir. Bu məktəbdə ibrət götürməyənlər məzəmmətə layiqdirlər.
3. İnsanların bir qrupu nə göndərilmiş peyğəmbərlərə, nə də batini peyğəmbəri olan ağıla tabe olmur.
4. Ağıl, qulaq və göz məlumat əldə etmə vasitələridir.
5. Qəlbin korluğu gözün korluğundan pisdir. Qəlbi kor insan heç vəchlə ibrət götürmür.
Bəli, haqq qarşısında inadkarlıq və düşmənçiliyin israrı insanı eybəcərləşdirir, onu o qədər alçaldır ki, nə ağılı həqiqəti dərk edir, nə gözü haqqı görür, nə də qulağı haqqı eşidir.

Tez-tez Verilən Suallar

Əl-Həcc ‏ surəsi 46-cı ayə haqqında suallar və cavablar

Əl-Həcc ‏ surəsinin 46-cı ayəsi nə haqqındadır?
Məgər onlar yer (üzün)də gəzib dolaşmayıblar ki, düşünən qəlbləri və ya eşidən qulaqları olsun?! Çünki əslində zahiri gözlər kor olmur, lakin sinələrdəki ürəklər kor olur.
Əl-Həcc ‏ surəsi 46-cı ayə hansı surədə yerləşir?
Əl-Həcc ‏ surəsi Quran-ı Kərimin 22-ci surəsidir. Bu surə Məkkəvi surədir və 46-cı ayə Əl-Həcc ‏ surəsinin tərkib hissəsidir.
Əl-Həcc ‏ surəsi 46-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Həcc ‏ surəsinin 46-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Həcc ‏ surəsi 46-cı ayənin təfsiri nədir?
"Yoxsa onlar yer üzünü seyr etmirlər ki, həqiqəti dərk edəsi qəlbləri, həqiqəti eşidəsi qulaqları olsun? Əlbəttə, onların gözləri kor deyil, amma sinələrindəki qəlbləri kordur.”Bildirişlər1. Elmi və təcrübi səfərlər (seyr) dəyərli iş, məlumatı artırmaq üçün səmərəli yoldur.2. Yer və zaman bir növ məktəbdir. Bu məktəbdə ibrət götürməyənlər məzəmmətə layiqdirlər.3. İnsanların bir qrupu nə göndərilmiş peyğəmbərlərə, nə də batini peyğəmbəri olan ağıla tabe olmur.4. Ağıl, qulaq və göz məlumat əldə et...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.