Əl-Həcc ‏ surəsi · 18-ci ayə

Məgər göylərdə və yerdə olan hər bir kəsin (və onlarda olan hər bir şeyin), günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların (qeyri-ixtiyari şəkildə), həmçinin (mömin) insanların çoxunun (ixtiyari şəkildə) Allah qarşısında səcdə etmələrini və (səcdə etməkdən boyun qaçırdıqları üçün insan və cinlərin) bir çoxlarına (şeytanların isə hamısına) əzabın təsbit olunduğunu (qəlb gözü ilə) görmürsən? (Bəli, Allah onları alçaldıb.) Allahın alçaltdığı kəsi əsla əziz tutan olmaz. Çünki Allah qəti istədiyini edir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 18
MÖHSÜN QƏRAƏTİ 21.09.2026
"Məgər görmədinmi ki, göylərdə və yerdə nə varsa, günəş, ay, ulduzlar, dağlar, ağaclar, canlıların hər biri və xalqın bir çoxu Allaha səcdə edir?! Əlbəttə, insanların bir çoxu (təkəbbür və inadkarlıq səbəbindən) qəti şəkildə əzaba düçar olur. Allahın alçaltdığı şəxsə kimsə ehtiram göstərməz. Həqiqətən, Allah istədiyini həyata keçirər.”

Bildirişlər
1. Göylərdə də şüurlu varlıqlar mövcuddur.
2. Bütün varlıq aləmi Allaha səcdə qılır, təvazö göstərir. Şüur təkcə insana aid deyil. (Əgər bütün varlıq aləminin Allaha təslim olduğunu biliriksə, bu tamdan seçilməməliyik. Şirk, təkəbbür varlıq nizamına ziddir.)
3. İnsanın seçim imkanı var.
4. İlahi əzablar haqq-ədalətə əsaslanır.
5. İzzət və zillət yalnız Allahın əlindədir.
6. Allahın iradəsi qarşısında heç bir maneə mövcud deyil.

Tez-tez Verilən Suallar

Əl-Həcc ‏ surəsi 18-ci ayə haqqında suallar və cavablar

Əl-Həcc ‏ surəsinin 18-ci ayəsi nə haqqındadır?
Məgər göylərdə və yerdə olan hər bir kəsin (və onlarda olan hər bir şeyin), günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların (qeyri-ixtiyari şəkildə), həmçinin (mömin) insanların çoxunun (ixtiyari şəkildə) Allah qarşısında səcdə etmələrini və (səcdə etməkdən boyun qaçırdıqları üçün insan və cinlərin) bir çox...
Əl-Həcc ‏ surəsi 18-ci ayə hansı surədə yerləşir?
Əl-Həcc ‏ surəsi Quran-ı Kərimin 22-ci surəsidir. Bu surə Məkkəvi surədir və 18-ci ayə Əl-Həcc ‏ surəsinin tərkib hissəsidir.
Əl-Həcc ‏ surəsi 18-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Həcc ‏ surəsinin 18-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Həcc ‏ surəsi 18-ci ayənin təfsiri nədir?
"Məgər görmədinmi ki, göylərdə və yerdə nə varsa, günəş, ay, ulduzlar, dağlar, ağaclar, canlıların hər biri və xalqın bir çoxu Allaha səcdə edir?! Əlbəttə, insanların bir çoxu (təkəbbür və inadkarlıq səbəbindən) qəti şəkildə əzaba düçar olur. Allahın alçaltdığı şəxsə kimsə ehtiram göstərməz. Həqiqətən, Allah istədiyini həyata keçirər.”Bildirişlər1. Göylərdə də şüurlu varlıqlar mövcuddur.2. Bütün varlıq aləmi Allaha səcdə qılır, təvazö göstərir. Şüur təkcə insana aid deyil. (Əgər bütün varlıq alə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.