Əl-Həcc ‏ surəsi · 15-ci ayə

(Məkkə müşriklərindən) kim Allahın ona (Muhəmmədə) dünya və axirətə əsla kömək etməyəcəyini güman edirdisə (amma indi Allahın ona yardım etməsini görürsə) [yaxud: kim özü barəsində Allahın dünya və axirətdə ona kömək etməyəcəyini güman etsə və haqqın mərhəmətinə naümid olsa] tavana bir kəndir uzatsın, sonra (özünü) boğazdan assın. O zaman baxsın ki, bu hiylə onun qəzəb və qeyzini aradan qaldırır?

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 15
MÖHSÜN QƏRAƏTİ 21.09.2026
"Allahın dünya və axirətdə ona (Öz peyğəmbərinə) kömək göstərmədiyini güman edən kəs (hiylə gəlmək istəyir, de ki) göydən bir ip assın (boğazından asılsın), sonra (onu) kəssin. Baxsın ki, hiyləsi onun qəzəbini soyudurmu?!”

Nöqtələr
Bəziləri ayənin həzrət Peyğəmbərə (s) aid olmadığını bildirib, onu belə tərcümə edirlər: "Hər kəs Allahın ona yardım göstərmədiyini güman etsə...”
Ayə belə anlaşıla bilər ki, Allahdan uzaq insanı kosmosun fəthi də sakitləşdirə bilməz. "Səbəbin iləs-səma” dedikdə kosmosa uçuş, "Liyəqtə” dedikdə yolu adlamaq mənası başa düşülür. Uyğun təbirlər deyildiyi kimi tərcümə olunsa, hazırkı ayə Quranın elmi möcüzəsi, öncə görməsi sayıla bilər. Bir sözlə, bəşəriyyətin psixoloji durumu mütərəqqi texnologiya və kosmosa uçuşla islah olası deyil.
Bildirişlər
1. İlahi yardımlar dünya və axirətdə kəsiləsi deyil.
2. İlahi qüdrət və yardıma ümidsizlik insanın aramlığını pozur.
3. İntihar (insanın özünü öldürməsi) heç vaxt qurtuluş yolu olmur. (Yeganə aramlıq vasitəsi Allaha iman və təvəkküldür. Allahın iradəsindən və Ona imandan uzaq istənilən bir plan əbəsdir.)
4. Yerin və göyün fəthi, imandan kənar atılan istənilən bir addım səmərəsizdir.

Tez-tez Verilən Suallar

Əl-Həcc ‏ surəsi 15-ci ayə haqqında suallar və cavablar

Əl-Həcc ‏ surəsinin 15-ci ayəsi nə haqqındadır?
(Məkkə müşriklərindən) kim Allahın ona (Muhəmmədə) dünya və axirətə əsla kömək etməyəcəyini güman edirdisə (amma indi Allahın ona yardım etməsini görürsə) [yaxud: kim özü barəsində Allahın dünya və axirətdə ona kömək etməyəcəyini güman etsə və haqqın mərhəmətinə naümid olsa] tavana bir kəndir uzatsın, sonra (özünü) boğ...
Əl-Həcc ‏ surəsi 15-ci ayə hansı surədə yerləşir?
Əl-Həcc ‏ surəsi Quran-ı Kərimin 22-ci surəsidir. Bu surə Məkkəvi surədir və 15-ci ayə Əl-Həcc ‏ surəsinin tərkib hissəsidir.
Əl-Həcc ‏ surəsi 15-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Həcc ‏ surəsinin 15-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Həcc ‏ surəsi 15-ci ayənin təfsiri nədir?
"Allahın dünya və axirətdə ona (Öz peyğəmbərinə) kömək göstərmədiyini güman edən kəs (hiylə gəlmək istəyir, de ki) göydən bir ip assın (boğazından asılsın), sonra (onu) kəssin. Baxsın ki, hiyləsi onun qəzəbini soyudurmu?!”NöqtələrBəziləri ayənin həzrət Peyğəmbərə (s) aid olmadığını bildirib, onu belə tərcümə edirlər: "Hər kəs Allahın ona yardım göstərmədiyini güman etsə...”Ayə belə anlaşıla bilər ki, Allahdan uzaq insanı kosmosun fəthi də sakitləşdirə bilməz. "Səbəbin iləs-səma” dedikdə kosmosa ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.