Əl-Həcc ‏ surəsi · 61-ci ayə

Bu, (zalımın müqabilində məzluma kömək etmək) ona görədir ki, Allah (yaradılış aləmində hər növ qələbəyə qadirdir,) gecəni (hər yeri bürüməsi üçün) gündüzə daxil və qalib edir və (hər yerin işıqlı olması üçün) gündüzü gecəyə qalib edir (və ya bir fəsildə gecənin bir hissəsini gündüzə, digər bir fəsildə isə gündüzün bir hissəsini gecəyə daxil edir). Və (bu kömək həm də) ona görədir ki, Allah (məzlumlarla zalımların hallarını) eşidən və görəndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 61
MÖHSÜN QƏRAƏTİ 21.09.2026
"Bu, (ilahi yardım vədi) Allahın (hər şeyə qadir olması,) gecəni gündüzə, gündüzü gecəyə qərq etməsinə xatirdir. Əlbəttə, Allah eşidən və görəndir.”

Nöqtələr
Allah-təala ötən ayədə buyurdu ki, Biz məzluma yardım edərik. Bu və bundan sonrakı ayədə isə yardım dəlilləri və zəminləri qeyd olunur: Allahın qüdrəti, Allahın elmi, Allahın haqq olması, Allahın böyüklüyü və əzəməti.

Bildirişlər
1. Allahın gecə və gündüzü dəyişmə qüdrəti və elmi Onun bəndələrə yardım gücünün nişanəsidir.
2. Gecə və gündüzün dəyişməsi təsadüfi deyil. Varlıq aləmindəki işlərin hikmət və elm sahibi olan aparıcısı var.

Tez-tez Verilən Suallar

Əl-Həcc ‏ surəsi 61-ci ayə haqqında suallar və cavablar

Əl-Həcc ‏ surəsinin 61-ci ayəsi nə haqqındadır?
Bu, (zalımın müqabilində məzluma kömək etmək) ona görədir ki, Allah (yaradılış aləmində hər növ qələbəyə qadirdir,) gecəni (hər yeri bürüməsi üçün) gündüzə daxil və qalib edir və (hər yerin işıqlı olması üçün) gündüzü gecəyə qalib edir (və ya bir fəsildə gecənin bir hissəsini gündüzə, digər bir fəsildə isə gündüzün bir...
Əl-Həcc ‏ surəsi 61-ci ayə hansı surədə yerləşir?
Əl-Həcc ‏ surəsi Quran-ı Kərimin 22-ci surəsidir. Bu surə Məkkəvi surədir və 61-ci ayə Əl-Həcc ‏ surəsinin tərkib hissəsidir.
Əl-Həcc ‏ surəsi 61-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Həcc ‏ surəsinin 61-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Həcc ‏ surəsi 61-ci ayənin təfsiri nədir?
"Bu, (ilahi yardım vədi) Allahın (hər şeyə qadir olması,) gecəni gündüzə, gündüzü gecəyə qərq etməsinə xatirdir. Əlbəttə, Allah eşidən və görəndir.”NöqtələrAllah-təala ötən ayədə buyurdu ki, Biz məzluma yardım edərik. Bu və bundan sonrakı ayədə isə yardım dəlilləri və zəminləri qeyd olunur: Allahın qüdrəti, Allahın elmi, Allahın haqq olması, Allahın böyüklüyü və əzəməti.Bildirişlər1. Allahın gecə və gündüzü dəyişmə qüdrəti və elmi Onun bəndələrə yardım gücünün nişanəsidir.2. Gecə və gündüzün dəy...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.