Əl-Həcc ‏ surəsi · 3-cü ayə

İnsanlardan eləsi var ki, həmişə, heç bir biliyi olmadan Allah barəsində (mələklər Onun qızlarıdır, Qur’an keçmişlərin əfsanələridir, axirət yalan şeydir deyə) mübahisə edir və hər bir murdar və itaətsiz şeytana tabe olur.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 3
MÖHSÜN QƏRAƏTİ 24.05.2026
“İnsanların bəzisi Allah haqqında bilmədən höcətləşir və hər azğın şeytana tabe olur.”

Nöqtələr

“Mərid” sözü xeyirsiz mənasını bildirir. Otsuz biyaban “mərid”, üzü tüksüz gənc “imrəd” adlandırılmışdır. Ayədə zəruri agahlıq əldə etmədən mübahisə aparmaq qadağan olunur. Əslində müxaliflərlə düzgün və ya analoji məntiqlə mübahisə etmək çox yaxşıdır.

Bildirişlər

  1. Qiyamət əzabı şəkk-şübhə yaratmaqla xalqın əqidəsinə zərbə vuranları hədəfə alır.

  2. Danışıqlar inad və təəssübə yox, məntiq və elmə əsaslanmalıdır.

  3. Elmi əsası olmayan mübahisə şeytana itaətdir.

  4. Cəhalət və təəssüb haqqın qəbuluna mane olur.

  5. Allah və onun yolundan ayrı düşən şəxs hər an şeytanın əsarətindədir.

  6. Şeytanlar çoxdur, onların hər biri müəyyən üsulla azdırır.

  7. Şeytana ardıcıllıqda xeyir yoxdur.

Tez-tez Verilən Suallar

Əl-Həcc ‏ surəsi 3-cü ayə haqqında suallar və cavablar

Əl-Həcc ‏ surəsinin 3-cü ayəsi nə haqqındadır?
İnsanlardan eləsi var ki, həmişə, heç bir biliyi olmadan Allah barəsində (mələklər Onun qızlarıdır, Qur’an keçmişlərin əfsanələridir, axirət yalan şeydir deyə) mübahisə edir və hər bir murdar və itaətsiz şeytana tabe olur.
Əl-Həcc ‏ surəsi 3-cü ayə hansı surədə yerləşir?
Əl-Həcc ‏ surəsi Quran-ı Kərimin 22-ci surəsidir. Bu surə Məkkəvi surədir və 3-cü ayə Əl-Həcc ‏ surəsinin tərkib hissəsidir.
Əl-Həcc ‏ surəsi 3-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Həcc ‏ surəsinin 3-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Həcc ‏ surəsi 3-cü ayənin təfsiri nədir?
“İnsanların bəzisi Allah haqqında bilmədən höcətləşir və hər azğın şeytana tabe olur.”Nöqtələr“Mərid” sözü xeyirsiz mənasını bildirir. Otsuz biyaban “mərid”, üzü tüksüz gənc “imrəd” adlandırılmışdır. Ayədə zəruri agahlıq əldə etmədən mübahisə aparmaq qadağan olunur. Əslində müxaliflərlə düzgün və ya analoji məntiqlə mübahisə etmək çox yaxşıdır.BildirişlərQiyamət əzabı şəkk-şübhə yaratmaqla xalqın əqidəsinə zərbə vuranları hədəfə alır.Danışıqlar inad və təəssübə yox, məntiq və elmə əsaslanmalıdır...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.