Quranda Axtarış Edin

Axtarış nəticələri: "Ətir" üzrə 802 ayə tapıldı. (261 - 280 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Ey iman gətirənlər, şübhəsiz, kitab əhlinin alimlərindən və rahiblərindən bir çoxu camaatın mallarını haqsız yerə (Tövrat və İncili təhrif etmək və rüşvət almaq bahasına) yeyirlər və (camaatı) Allahın yolundan saxlayırlar. (Kafirlərdən, yaxud müsəlmanlardan) qızıl və gümüş yığıb onu Allah yolunda xərcləməyən (onda olan vacib haqqı ayırmayan və qalanını ümmətin iqtisadiyyatının güclənməsinə sərf etməyən) kəslərin hamısını ağrılı bir əzabla müjdələ.
(Bu ayədən başlayaraq, daha on bir ayə Təbuk müharibəsinə və rumlularla döyüşə aiddir.) Ey iman gətirənlər, sizə nə olub ki, «Allah yolunda (döyüş meydanına tərəf) hərəkət edin» deyildikdə, ağırlaşaraq yerə yapışırsınız? Yoxsa, axirətin yerinə dünya həyatına razı olmusunuz? Belə isə, (bilin ki,) dünyanın xeyir və mənfəətləri axirət müqabilində yalnız cüzi bir şeydir.
Əgər (cihad meydanına tərəf) hərəkət etməsəniz, Allah sizə ağrılı bir əzab verəcək və sizin yerinizə başqa bir dəstəni gətirəcək. Siz Ona heç bir zərər vura bilməzsiniz. Allah hər şeyə qadirdir.
Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etməkdən qalmaq üçün səndən izn istəmirlər (çünki təkid olunmuş bir vacib olan həmin cihadın yerinə yetirilməsi üçün izn istəmək lazım deyil və eləcə də onun haram sayılan tərki üçün icazə almaq caiz deyil). Allah pərhizkarları tanıyandır.
Onların bəziləri Peyğəmbəri incidir və «o (başdan-başa) qulaqdır (hər bir kəsin sözünü qəbul edir)!» deyirlər. De: «O, sizin üçün yaxşı bir qulaqdır, (bütün danışıqlarında) Allahı təsdiqləyir, möminlərə etimad göstərir və sizdən iman gətirənlər üçün bir rəhmətdir». Allahın Peyğəmbərini incidən kəslər üçün ağrılı bir əzab olacaqdır.
Daha üzr və bəhanə gətirməyin, doğrudan da siz imanınızdan sonra kafir oldunuz (zahiri imandan sonra küfrünüz aşkar oldu)! Əgər sizdən bir dəstəni (tövbələrinə görə) bağışlasaq da, digər bir dəstəyə əzab verəcəyik. Çünki onlar günahkar olublar.
Məgər onlardan qabaqkıların Nuhun (suda batmış) qövmü(nün), Adın (Hudun külək əsməsi ilə həlak olmuş qövmünün), Səmudun (Salehin göydən gələn bir bağırtı ilə məhv olmuş qövmünün), İbrahimin (ağcaqanad və digər əzabların göndərilməsi ilə məhv olmuş) qövmünün, Mədyən əshabının (Şüeybin od yağdıran buludla həlak olmuş qövmünün) və alt-üst edilmiş məlum şəhərlərin (Lut qövmünün üç şəhərinin) xəbəri onlara çatmayıb? Peyğəmbərləri onlara açıq-aşkar dəlillər gətirdilər. Beləliklə, Allah onlara zülm etmək istəmirdi, lakin (özlərinə) zülm edən onlar özləri idilər.
Ey peyğəmbər, kafirlərlə (vuruşmaqla) və münafiqlərlə (dəlil-sübut gətirmək və onlarla ünsiyyətdən uzaqlaşmaqla) cihad et və onlarla sərt davran. Onların qalacaqları yer Cəhənnəmdir və ora pis dönüş yeridir.
Onların malları və övladları(nın çoxluğu) səni təəccübləndirməsin! (Çünki bu, onlara yaxşılıq etmək və ya onların yaxşı işlərinin mükafatı deyildir.) Əslində Allah onlara dünya həyatında o şeylər(i ələ gətirmək və qorumaq) vasitəsilə əzab vermək və canlarının kafir olduqları halda çıxmasını istəyir.
«Allaha iman gətirin və Onun Peyğəmbəri ilə birgə cihad edin» deyə bir surə nazil olan zaman, onların (münafiqlərin) qüdrət və sərvət sahibləri səndən izn istəyər və «qoy biz evdə oturanlarla birgə olaq» deyərlər.
Lakin Allahın Peyğəmbəri və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlardır (iki aləmin) yaxşılıqların(ın) sahibləri və onlardır nicat tapanlar!
Siz (Təbuk döyüşündən) onların yanına qayıdanda onlar (döyüşə getmədiklərinə görə) sizə bəhanə gətirərlər. De: «Heç bir bəhanə gətirməyin ki, sizə əsla inanmayacağıq. Həqiqətən Allah bizi sizin xəbərlərinizdən agah etmişdir. Sizin əməllərinizi (gələcəkdə tövbə edəcəyinizi, yoxsa öz küfrünüzdə qalacağınızı) tezliklə Allah və Onun Peyğəmbəri görəcəklər. Sonra gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə O sizi etdiklərinizdən xəbərdar edəcəkdir.
Allah mühacirlərin və ənsarın (Peyğəmbərin–səlləllahu əleyhi və alihi və səlləm–Mədinəyə hicrətindən qabaq iman gətirənlərin) ilk qabaqcıllarından və yaxşılıqla onlara tabe olanlardan razıdır və onlar da Allahdan razıdırlar. Və onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər hazırlamışdır və onlar orada əbədi qalacaqlar. Budur böyük uğur və qurtuluş!
Peyğəmbərə və iman gətirənlərə müşriklərin Cəhənnəm əhli olduqları onlara bəlli olduqdan sonra onlar üçün, hətta qohumları(ndan) olsalar belə, bağışlanma istəmək yaraşmaz (və bu, şəriət baxımından caiz və ağıl baxımından düzgün olmaz).
Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun (ki, onların ən bariz nümunəsi Peyğəmbərin məsum Əhli-beytidir).
Ey iman gətirənlər, (əvvəlcə məsləhətə və qayda-qanunlara uyğun olaraq) kafirlərdən sizə daha yaxınlıqda olanlarla vuruşun və onlar gərək sizdə mütləq bir möhkəmlik və (əməlinizdə) sərtlik görsünlər. Bilin ki, Allah təqvalılarladır.
Bir surə nazil olan zaman, onlardan (münafiqlərdən) bəzisi (istehza ilə) deyərlər: «Bu surə sizdən hansınızın imanını artırdı?». (De:) «İman gətirənlərə gəlincə, onların imanını artırdı və onlar (yeni səmavi töhfə aldıqlarına görə) sevinirlər.
Həqiqətən sizə (mələklərdən və cinlərdən deyil) özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizi(n iman gətirməyinizi və kamala çatmağınızı) çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır.

Yunus surəsi Tapıldı

Yoxsa insanlara (mələklərdən və cinlərdən deyil) özlərindən olan bir kişiyə «insanları (küfr, şirk və fisqdən) qorxut və iman gətirənləri Rəbbi yanında onlar üçün gözəl keçmiş, doğru məqam və layiqli mükafatın olması ilə müjdələ» (deyə) vəhy etməyimiz təəccüblüdür? (Buna görə də) kafirlər dedilər: «Doğrudan da bu (kişi) aşkar bir sehrbazdır».

Yunus surəsi Tapıldı

Sizin hamınızın dönüşü Ona tərəfdir. (Bu,) Allahın haqq və sabit olan vədidir. Həqiqətən yaradılmışları əvvəldə yaradan, sonra isə onları (ömür müddətləri başa çatdıqdan sonra) iman gətirən və yaxşı işlər görənləri haqq və ədalətlə mükafatlandırmaq üçün (Özünə tərəf) qaytaran Odur. Kafirlər üçün küfrlərinin cəzası olaraq qaynar sudan ibarət içki və ağrılı bir əzab vardır.
114 Sürə
6236 Ayə
802 Tapılan Nəticə
41 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar