Ət-Tövbə surəsi · 100-cu ayə

Allah mühacirlərin və ənsarın (Peyğəmbərin–səlləllahu əleyhi və alihi və səlləm–Mədinəyə hicrətindən qabaq iman gətirənlərin) ilk qabaqcıllarından və yaxşılıqla onlara tabe olanlardan razıdır və onlar da Allahdan razıdırlar. Və onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər hazırlamışdır və onlar orada əbədi qalacaqlar. Budur böyük uğur və qurtuluş!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 100
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Mühacirlərdən, ənsardan və yaxşılıqda onlara itaət edənlərin öncüllərindən Allah razıdır. Onlar da Allahdan razıdırlar. Onlar üçün altından çaylar axan bağlar hazırlanmışdır və orada əbədidirlər. Budur böyük qurtuluş və feyz.”
Nöqtələr
Bu ayədə ilkin İslam dövrü müsəlmanları üç dəstəyə bölünmüşdür: İslam və hicrətdə öncüllər; Peyğəmbərə (s) və mühacirlərə yardımda öncüllər; onların yolunu davam etdirən arxada gələnlər.
İmam Sadiq (ə) buyurmuşdur: "Allah öncə müsbət keçmişli mühacirləri, sonra ənsar və köməkçiləri, daha sonra onların ardıcıllarını yada salır. Beləcə, hər bir dəstənin məqamı öz yerində bəyan olunmuşdur.” 
Müsəlmanların ümumi rəyinə görə, İslamı qəbul etmiş ilk qadın həzrət Xədicə olmuşdur. Bütün şiə və bəzi sünni mənbələrinin bildirdiyinə görə, İslamı qəbul etmiş ilk kişi Əli ibn Əbi-Talibdir (ə).  Həzrət Əlinin (ə) ilk iman gətirən kişi olduğunu hamı qəbul etsə də, bəziləri bildirirlər ki, on yaşlı növcavanın imanı ciddi deyil. Onların cavabında deməliyik ki, Həzrət İsa və həzrət Yəhya da uşaq vaxtı peyğəmbərliyə çatmışdı.
Bildirişlər
1. Yaxşı işdə öncüllük dəyərdir. Hərəkatlarda öncüllərin mövqeyi hifz olunmalıdır.
2. Mühacirlərin və ənsarın bir qismi ilahi razılıq əldə edə bilmir.
3. Keçmişdəkilərin hər baxışına yox, kamilliklərinə itaət dəyərdir.
4. Mömin Allahın qəzavü-qədərindən razı olarsa, Allah da ondan razı olar.
5. Behişt iman, öncüllük, hicrət, yardım və ehsan sayəsində əldə olunur.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 100-cu ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 100-cu ayəsi nə haqqındadır?
Allah mühacirlərin və ənsarın (Peyğəmbərin–səlləllahu əleyhi və alihi və səlləm–Mədinəyə hicrətindən qabaq iman gətirənlərin) ilk qabaqcıllarından və yaxşılıqla onlara tabe olanlardan razıdır və onlar da Allahdan razıdırlar. Və onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər hazırlamışdır və onlar orada ə...
Ət-Tövbə surəsi 100-cu ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 100-cu ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 100-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 100-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 100-cu ayənin təfsiri nədir?
"Mühacirlərdən, ənsardan və yaxşılıqda onlara itaət edənlərin öncüllərindən Allah razıdır. Onlar da Allahdan razıdırlar. Onlar üçün altından çaylar axan bağlar hazırlanmışdır və orada əbədidirlər. Budur böyük qurtuluş və feyz.” Nöqtələr Bu ayədə ilkin İslam dövrü müsəlmanları üç dəstəyə bölünmüşdür: İslam və hicrətdə öncüllər; Peyğəmbərə (s) və mühacirlərə yardımda öncüllər; onların yolunu davam etdirən arxada gələnlər. İmam Sadiq (ə) buyurmuşdur: "Allah öncə müsbət keçmişli mühacirləri, sonra ə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.