Ət-Tövbə surəsi · 39-cu ayə

Əgər (cihad meydanına tərəf) hərəkət etməsəniz, Allah sizə ağrılı bir əzab verəcək və sizin yerinizə başqa bir dəstəni gətirəcək. Siz Ona heç bir zərər vura bilməzsiniz. Allah hər şeyə qadirdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 39
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər (döyüş meydanına) tələsməsəniz, Allah sizi ağrılı əzaba düçar edər və sizi başqa bir qövmlə əvəz edər. Siz (cəbhəni tərk etməklə) Allaha zərər vurmursunuz. Allah hər şeyə qadirdir.”
Nöqtələr
Bu və bundan öncəki ayələrdə səkkiz yolla cihad məsələsi üzərində dayanıldı: Əgər iman əhlisinizsə nə üçün süstsünüz; məzəmmətlə müşayiət olunan sual; cihad Allah yoludur; hərəkət göstərişi; əzabla hədələmə; yerdəyişmə ilə hədələmə; siz tərəfdən cəbhənin tərk olunmasının təsirsizliyi ilə hədələmə; ilahi qüdrətlə hədələmə.
Bildirişlər
1. Cəbhəni tərk etməyin cəzası həm dünya əzabı, həm də axirət cəzasıdır.
2. Allah üçün bizi başqaları ilə əvəz etmək asandır. O istədiyi vaxt bu işi görə bilər.
3. Süstlüyümüzdən Allah yox, özümüz əziyyət çəkəsiyik.
4. Zəif qövmün yerinə başqa bir qövm gətirmək ilahi bir sünnədir.
5. Bir qövmün başqası ilə əvəz olunması ilahi qüdrət sayəsində baş tutur.
6. Sonsuz qüdrəti olan kəs heç vaxt zərər görməz.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 39-cu ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 39-cu ayəsi nə haqqındadır?
Əgər (cihad meydanına tərəf) hərəkət etməsəniz, Allah sizə ağrılı bir əzab verəcək və sizin yerinizə başqa bir dəstəni gətirəcək. Siz Ona heç bir zərər vura bilməzsiniz. Allah hər şeyə qadirdir.
Ət-Tövbə surəsi 39-cu ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 39-cu ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 39-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 39-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 39-cu ayənin təfsiri nədir?
"Əgər (döyüş meydanına) tələsməsəniz, Allah sizi ağrılı əzaba düçar edər və sizi başqa bir qövmlə əvəz edər. Siz (cəbhəni tərk etməklə) Allaha zərər vurmursunuz. Allah hər şeyə qadirdir.” Nöqtələr Bu və bundan öncəki ayələrdə səkkiz yolla cihad məsələsi üzərində dayanıldı: Əgər iman əhlisinizsə nə üçün süstsünüz; məzəmmətlə müşayiət olunan sual; cihad Allah yoludur; hərəkət göstərişi; əzabla hədələmə; yerdəyişmə ilə hədələmə; siz tərəfdən cəbhənin tərk olunmasının təsirsizliyi ilə hədələmə; ilah...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.