Ət-Tövbə surəsi · 119-cu ayə

Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun (ki, onların ən bariz nümunəsi Peyğəmbərin məsum Əhli-beytidir).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 119
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey iman gətirənlər! Allahdan çəkinin və sadiqlərlə olun!”
Nöqtələr
Şiə və sünni rəvayətlərinə əsasən, "sadiqin” dedikdə həzrət Məhəmməd (s) və onun ailəsi nəzərdə tutulmuşdur.
"Bəqərə” surəsinin 177-ci ayəsi iman, infaq, namaz, əhdə vəfa, çətinliklər qarşısında səbir əhlini sadiq sayır. "Hicr” surəsinin 15-ci və "Həşr” surəsinin 8-ci ayəsində əzab çəkmiş mühacirlər "sadiq” adlandırılmışdır.
Bildirişlər
1. Doğruçularla (sadiqlərlə) yaxınlıq və yoldaşlıq insanın tərbiyə amillərindən biridir və onu büdrəmədən çəkindirir.
2. İlahi rəhbərlərdən uzaq düşməyək.
3. İlahi rəhbərlər məsumdurlar. Əgər belə olmasaydı, Allah onlarla yaxınlıq göstərişi verməzdi. (Fəxr Razi deyir: "Məsum şəxs xüsusi bir fərd deyil. Ümmət icması xətadan məsumdur.” Onun bu sözləri təəccüb doğurur. Məgər xətakar fərdlərin cəmiyyəti məsumdurmu?!)
4. Cəmiyyətin təkamülü iman, təqva və məsum rəhbərə itaət sayəsində baş tutur.
5. Hər bir dövrdə məsum olmalıdır ki, müsəlmanlar ona qoşulsunlar.
6. Sadiqlik elə yüksək dərəcədir ki, Allah məsumluq əvəzinə "sadiqlik” təbirini işlətmişdir. İman və təqva mərhələsini adlayanlar bu adla mədh olunurlar.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 119-cu ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 119-cu ayəsi nə haqqındadır?
Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun (ki, onların ən bariz nümunəsi Peyğəmbərin məsum Əhli-beytidir).
Ət-Tövbə surəsi 119-cu ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 119-cu ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 119-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 119-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 119-cu ayənin təfsiri nədir?
"Ey iman gətirənlər! Allahdan çəkinin və sadiqlərlə olun!” Nöqtələr Şiə və sünni rəvayətlərinə əsasən, "sadiqin” dedikdə həzrət Məhəmməd (s) və onun ailəsi nəzərdə tutulmuşdur. "Bəqərə” surəsinin 177-ci ayəsi iman, infaq, namaz, əhdə vəfa, çətinliklər qarşısında səbir əhlini sadiq sayır. "Hicr” surəsinin 15-ci və "Həşr” surəsinin 8-ci ayəsində əzab çəkmiş mühacirlər "sadiq” adlandırılmışdır. Bildirişlər 1. Doğruçularla (sadiqlərlə) yaxınlıq və yoldaşlıq insanın tərbiyə amillərindən biridir və on...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.