Ət-Tövbə surəsi · 94-cü ayə

Siz (Təbuk döyüşündən) onların yanına qayıdanda onlar (döyüşə getmədiklərinə görə) sizə bəhanə gətirərlər. De: «Heç bir bəhanə gətirməyin ki, sizə əsla inanmayacağıq. Həqiqətən Allah bizi sizin xəbərlərinizdən agah etmişdir. Sizin əməllərinizi (gələcəkdə tövbə edəcəyinizi, yoxsa öz küfrünüzdə qalacağınızı) tezliklə Allah və Onun Peyğəmbəri görəcəklər. Sonra gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə O sizi etdiklərinizdən xəbərdar edəcəkdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 94
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Cihaddan qayıtdığınız vaxt (Təbuk döyüşündə müxalif olan münafiqlər) sizdən üzr istəyirlər. De ki, üzr istəməyin, biz heç vaxt sizin sözlərinizə inanmarıq, Allah bizi sizin halınızdan agah etmişdir, Allah və Onun rəsulu sizin əməllərinizi bilirlər; sonra gizlini və aşkarı bilən Allahın yanına qaytarılarsınız və O sizi etdiklərinizdən xəbərdar edər.”
Nöqtələr
Münafiqlərdən təqribən 80 nəfəri Təbuk döyüşündə iştirak etmirdi. Peyğəmbər (s) və müsəlmanlar döyüşdən qayıtdıqdan sonra onlar müxtəlif bəhanələr gətirdilər. Ayə nazil oldu ki, onların dediklərinə inanmayın, onları Allahın öhdəsinə buraxın.”
Bildirişlər
1. Müsəlmanlar o qədər qüdrətli olmalıdırlar ki, müxaliflər özlərini üzr istəməyə borclu bilsinlər.
2. Bəhanəçi münafiqlərlə kəskin rəftar edin.
3. Allah münafiqlər və xalqın əməlləri haqqında Öz peyğəmbərinə qeybi yolla xəbər verir.
4. Savaş başa çatdıqdan sonra bəhanələr başlanır.
5. Allah üçün qeyb də aşkar kimidir və hər şey Ona bəllidir.
6. Qiyaməti yada salmaq insanın kamilləşməsi üçün ən üstün amillərdəndir.
7. İnsan gördüyü bütün işlərin məsuliyyətini daşıyır. Qiyamət müxaliflər üçün rüsvayçılıq günüdür.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 94-cü ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 94-cü ayəsi nə haqqındadır?
Siz (Təbuk döyüşündən) onların yanına qayıdanda onlar (döyüşə getmədiklərinə görə) sizə bəhanə gətirərlər. De: «Heç bir bəhanə gətirməyin ki, sizə əsla inanmayacağıq. Həqiqətən Allah bizi sizin xəbərlərinizdən agah etmişdir. Sizin əməllərinizi (gələcəkdə tövbə edəcəyinizi, yoxsa öz küfrünüzdə qalacağınızı) tezliklə All...
Ət-Tövbə surəsi 94-cü ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 94-cü ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 94-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 94-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 94-cü ayənin təfsiri nədir?
"Cihaddan qayıtdığınız vaxt (Təbuk döyüşündə müxalif olan münafiqlər) sizdən üzr istəyirlər. De ki, üzr istəməyin, biz heç vaxt sizin sözlərinizə inanmarıq, Allah bizi sizin halınızdan agah etmişdir, Allah və Onun rəsulu sizin əməllərinizi bilirlər; sonra gizlini və aşkarı bilən Allahın yanına qaytarılarsınız və O sizi etdiklərinizdən xəbərdar edər.” Nöqtələr Münafiqlərdən təqribən 80 nəfəri Təbuk döyüşündə iştirak etmirdi. Peyğəmbər (s) və müsəlmanlar döyüşdən qayıtdıqdan sonra onlar müxtəlif b...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.