Ət-Tövbə surəsi · 85-ci ayə

Onların malları və övladları(nın çoxluğu) səni təəccübləndirməsin! (Çünki bu, onlara yaxşılıq etmək və ya onların yaxşı işlərinin mükafatı deyildir.) Əslində Allah onlara dünya həyatında o şeylər(i ələ gətirmək və qorumaq) vasitəsilə əzab vermək və canlarının kafir olduqları halda çıxmasını istəyir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 85
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onların var-dövləti və övladları səni heyrətə gətirməsin. Həqiqətən, Allah bu vasitə ilə onlara dünyada əzab vermək, canlarının küfr halında çıxmasını istəyir.”
Nöqtələr
İlkin İslam dövründə münafiqlərin çoxlu var-dövləti, övladları və imkanları vardı. Müsəlmanlar isə bu baxımdan zəif idilər. Müsəlmanların ehtiyac səbəbindən münafiqlərə yaxınlaşma təhlükəsi olduğundan uyğun ayə vasitəsi ilə onlara xəbərdarlıq olundu. Bu surənin 55-ci ayəsində də eyni məsələyə toxunulur.
"Zəhuq” dedikdə çətinlik, təəssüb və həsrətlə xaric olmaq mənası başa düşülür.
Bildirişlər
1. Başqalarının imkanlı olmasına görə özümüzü əskik saymayaq.
2. Var-dövlət və övlad bəzən xoşbəxtliyə yox, əzaba aparır.
3.Allah bəzən dünyəvi təzahürlərlə cəzalandırır.
4. Ölüm yoxluq yox, ruhun bədəndən çıxmasıdır.
5. Bir ömür küfr və naşükürlük insanın dünyadan kafir getməsinə səbəb olur.
6. Dəyər ölçüsü bir neçə günlük rifah yox, xeyir aqibət və imanlı ölümdür.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 85-ci ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 85-ci ayəsi nə haqqındadır?
Onların malları və övladları(nın çoxluğu) səni təəccübləndirməsin! (Çünki bu, onlara yaxşılıq etmək və ya onların yaxşı işlərinin mükafatı deyildir.) Əslində Allah onlara dünya həyatında o şeylər(i ələ gətirmək və qorumaq) vasitəsilə əzab vermək və canlarının kafir olduqları halda çıxmasını istəyir.
Ət-Tövbə surəsi 85-ci ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 85-ci ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 85-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 85-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 85-ci ayənin təfsiri nədir?
"Onların var-dövləti və övladları səni heyrətə gətirməsin. Həqiqətən, Allah bu vasitə ilə onlara dünyada əzab vermək, canlarının küfr halında çıxmasını istəyir.” Nöqtələr İlkin İslam dövründə münafiqlərin çoxlu var-dövləti, övladları və imkanları vardı. Müsəlmanlar isə bu baxımdan zəif idilər. Müsəlmanların ehtiyac səbəbindən münafiqlərə yaxınlaşma təhlükəsi olduğundan uyğun ayə vasitəsi ilə onlara xəbərdarlıq olundu. Bu surənin 55-ci ayəsində də eyni məsələyə toxunulur. "Zəhuq” dedikdə çətinlik...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.