Ət-Tövbə surəsi · 128-ci ayə

Həqiqətən sizə (mələklərdən və cinlərdən deyil) özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizi(n iman gətirməyinizi və kamala çatmağınızı) çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 128
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həqiqətən, sizə özünüzdən olan bir peyğəmbər gəlmişdir. Sizi incidən şey ona ağırdır. O sizin hidayətiniz üçün can yandırır və möminlərə rəfətli (mərhəmətli, şəfqətli), mehribandır.”
Nöqtələr
Allah-təala İslam Peyğəmbərindən (s) savay heç bir peyğəmbərə öz adlarından ikisini aid etməmişdir.
Səmavi rəhbərlərin ayədə bəyan olunan sifətlərinə diqqət, bu sifətlərin dünyəvi rəhbərlərin sifətləri ilə müqayisəsi Allahın bəşəriyyətə lütfünü, səmavi rəhbərlərə mütləq itaətin zəruriliyini təsdiqləyir.
Bildirişlər
1. Allahın rəsulu xalq arasından çıxmışdır.
2. Peyğəmbər ümmətin dərdini çəkir.
3. İslam rəhbərləri çətinliklər zamanı xalqla həmdərd və yoldaş olmalıdırlar.
4. Allahın rəsulu xalqın hidayət və tərbiyəsinə çox hərisdir.
5. Xeyirxahlıq, canıyananlıq, mehribanlıq, təmənnasızlıq və təvazö kəlamın təsir amillərindəndir.
6. İslam rəhbəri yalnız möminlərə qarşı rəfətli (şəfqətli) və rəhimdir. O, düşmənlərlə sərt və tünddür.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 128-ci ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 128-ci ayəsi nə haqqındadır?
Həqiqətən sizə (mələklərdən və cinlərdən deyil) özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizi(n iman gətirməyinizi və kamala çatmağınızı) çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır.
Ət-Tövbə surəsi 128-ci ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 128-ci ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 128-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 128-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 128-ci ayənin təfsiri nədir?
"Həqiqətən, sizə özünüzdən olan bir peyğəmbər gəlmişdir. Sizi incidən şey ona ağırdır. O sizin hidayətiniz üçün can yandırır və möminlərə rəfətli (mərhəmətli, şəfqətli), mehribandır.” Nöqtələr Allah-təala İslam Peyğəmbərindən (s) savay heç bir peyğəmbərə öz adlarından ikisini aid etməmişdir. Səmavi rəhbərlərin ayədə bəyan olunan sifətlərinə diqqət, bu sifətlərin dünyəvi rəhbərlərin sifətləri ilə müqayisəsi Allahın bəşəriyyətə lütfünü, səmavi rəhbərlərə mütləq itaətin zəruriliyini təsdiqləyir. Bi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.