Yunus surəsi · 2-ci ayə

Yoxsa insanlara (mələklərdən və cinlərdən deyil) özlərindən olan bir kişiyə «insanları (küfr, şirk və fisqdən) qorxut və iman gətirənləri Rəbbi yanında onlar üçün gözəl keçmiş, doğru məqam və layiqli mükafatın olması ilə müjdələ» (deyə) vəhy etməyimiz təəccüblüdür? (Buna görə də) kafirlər dedilər: «Doğrudan da bu (kişi) aşkar bir sehrbazdır».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 2
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Xalqı qorxut, möminlərə müjdə ver. "Rəblərinin yanında onlar üçün yaxşı yer var” deyə onların özündən olan bir kişiyə vəhy etməyimiz xalqa təəccüblümü gəlir? Kafirlər dedilər: Həqiqətən, bu kişi aşkar cadugərdir.”
Nöqtələr
"Qədəmə sidqin” təbirinin bir neçə mənası var:
1. Müsbət keçmiş; məsələn, mübarizədə və İslamda müsbət keçmişə malik olmaq;
2. Doğru və yaxşı məqam;
3. Həqiqi rəhbər və öncül; şiə və sünni rəvayətlərində bu təbirin Peyğəmbər (s) və Əliyə (ə) aid olduğu bildirilir. 
4. Şəfaət; bəzi rəvayətlərdə bu təbir şəfaət məqamı kimi təqdim olunur. 
Peyğəmbəri (s) rədd etmək üçün kafirlərin heç bir dəlili və məntiqi yoxdur. Onlar, sadəcə, bu işi mümkünsüz sayaraq itaətdən boyun qaçırırdılar. Onlar tövhid, nübuvvət, məad, imamət, kimi etiqadi əsasları da bu sayaq inkar edirdilər. 
Bildirişlər
1. Adətən, küfrün kökü vəhydən kənarlaşma və ona təəccüb edilməsi olur.
2. Peyğəmbərlərin dəvətinin qaynağı ilahi vəhydir.
3. Fərdlərin mənəvi ləyaqəti zahirdə görünmür. Bir şəxsə Allahın xüsusi lütfü yetişdikdə onu qəbul edək.
4. Peyğəmbərlər nümunə olduqlarından xalqla və onların dərdləri ilə tanış olmalıdırlar.
5. Peyğəmbərlərin vəzifəsi müjdə vermək və qorxutmaqdır.
6. Anlamadığımız şeyi inkar etməyək. Çünki bu üsul kafirlərə məxsusdur.
7. İman gerçək addım və Allah yanında xüsusi məqam üçün zəmindir.

Tez-tez Verilən Suallar

Yunus surəsi 2-ci ayə haqqında suallar və cavablar

Yunus surəsinin 2-ci ayəsi nə haqqındadır?
Yoxsa insanlara (mələklərdən və cinlərdən deyil) özlərindən olan bir kişiyə «insanları (küfr, şirk və fisqdən) qorxut və iman gətirənləri Rəbbi yanında onlar üçün gözəl keçmiş, doğru məqam və layiqli mükafatın olması ilə müjdələ» (deyə) vəhy etməyimiz təəccüblüdür? (Buna görə də) kafirlər dedilər: «Doğrudan da bu (kişi...
Yunus surəsi 2-ci ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 2-ci ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 2-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 2-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 2-ci ayənin təfsiri nədir?
"Xalqı qorxut, möminlərə müjdə ver. "Rəblərinin yanında onlar üçün yaxşı yer var” deyə onların özündən olan bir kişiyə vəhy etməyimiz xalqa təəccüblümü gəlir? Kafirlər dedilər: Həqiqətən, bu kişi aşkar cadugərdir.” Nöqtələr "Qədəmə sidqin” təbirinin bir neçə mənası var: 1. Müsbət keçmiş; məsələn, mübarizədə və İslamda müsbət keçmişə malik olmaq; 2. Doğru və yaxşı məqam; 3. Həqiqi rəhbər və öncül; şiə və sünni rəvayətlərində bu təbirin Peyğəmbər (s) və Əliyə (ə) aid olduğu bildirilir.  4. Şəfaət;...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.