Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əl-Hicr surəsi" üzrə
99 ayə tapıldı.
(81 - 99 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əl-Hicr surəsi
Ayə 81
Və Biz onlara (dəvənin daş və sairədən xaric olması kimi) Öz nişanələrimizi verdik, amma onlar ondan üz döndərdilər.
Əl-Hicr surəsi
Ayə 82
Və onlar (dağın aşmasından və düşmənin yol tapmasından) xatircəm halda dağlardan evlər yonurdular.
Əl-Hicr surəsi
Ayə 83
Beləliklə, səhəri açarkən onları (göydən gələn bir) bağırtı bürüdü.
Əl-Hicr surəsi
Ayə 84
Beləliklə (məskən, övlad və var-dövlət kimi) kəsb etdikləri şey onlardan (Allahın əzabından heç nəyi) dəf etmədi.
Əl-Hicr surəsi
Ayə 85
Və Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq (və uca və ağılın təsdiq etdiyi bir məqsəd üçün) yaratmışıq və şübhəsiz, Qiyamət gələsidir (və kafirlərə cəza verəcəyik). Buna görə də, gözəl tərzdə (nə qədər ki, döyüş əmri almamısan) güzəşt et.
Əl-Hicr surəsi
Ayə 86
Həqiqətən sənin Rəbbin həmin (bütün şeyləri) yaradan və (hər şeyi) biləndir.
Əl-Hicr surəsi
Ayə 87
Doğrudan da sənə hər namazda ən azı iki dəfə təkrar edilən və ayələri bir-birini təfsir edən bu kitabın bir hissəsi olan (Həmd surəsi adında) yeddi əzəmətli ayə və böyük Qur’anı əta etdik.
Əl-Hicr surəsi
Ayə 88
Gözlərini onların bəzilərini bəhrələndirdiyimiz şeylərə dikmə və onlara (iman gətirməyənlərə) görə qəmgin olma və öz təvazökarlıq qanadını möminlər(in üstün)ə sər.
Əl-Hicr surəsi
Ayə 89
Və de: «Həqiqətən mən (sizi ilahi əzabın nazil olmasından çəkindirən) həmin aşkar qorxudanam.»
Əl-Hicr surəsi
Ayə 90
Bölənlərə (əzab) nazil etdiyimiz kimi!
Əl-Hicr surəsi
Ayə 91
Həmin o kəslərə ki, (peyğəmbərin göndərilməsinin əvvəlində) Qur’anı neçə hissəyə böldülər (bir hissəsini sehr, bir hissəsini şer, bir hissəsini keçmişlərin əhvalatları və bir hissəsini cinlərin kəlamı adlandırdılar. Həmçinin onun bir hissəsini qəbul və bir hissəsini rədd etdilər. Onları müxtəlif əzablarla həlak etdik).
Əl-Hicr surəsi
Ayə 92
Buna görə də, sənin Rəbbinə and olsun ki, şübhəsiz (Qiyamət günü) onların hamısını sorğu-suala tutacağıq.
Əl-Hicr surəsi
Ayə 93
(Dünyada) etdikləri əməllər barəsində.
Əl-Hicr surəsi
Ayə 94
Buna görə də, sənə əmr olunanı aşkar şəkildə bəyan et və müşriklərdən üz çevir.
Əl-Hicr surəsi
Ayə 95
Həqiqətən Biz istehza edənlərin şərini səndən uzaqlaşdırdıq.
Əl-Hicr surəsi
Ayə 96
Həmin o kəslər(in) ki, Allaha digər bir məbudu şərik qoşurlar. Tezliklə biləcəklər!
Əl-Hicr surəsi
Ayə 97
Şübhəsiz, Biz sənin qəlbinin onların dediklərindən sıxılmasını bilirik.
Əl-Hicr surəsi
Ayə 98
Buna görə də, Rəbbinə həmd və şükr etməklə yanaşı (Onu) pak sifətlərlə mədh et və səcdə edənlərdən ol!
Əl-Hicr surəsi
Ayə 99
Və o yəqin iş (hər bir canlı üçün labüd olan ölüm) sənə yetişənə qədər Rəbbinə ibadət et!