Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əl-Hicr surəsi" üzrə
99 ayə tapıldı.
(61 - 80 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əl-Hicr surəsi
Ayə 61
Beləliklə, elə ki, elçilər Lut ailəsinin yanına gəldilər,
Əl-Hicr surəsi
Ayə 62
Lut dedi: «Həqiqətən, siz tanış olmayan və yad bir dəstəsiniz».
Əl-Hicr surəsi
Ayə 63
Dedilər: «(Arada pis bir məqsəd yoxdur,) biz (sənin qövmün üçün) barəsində şəkk və tərəddüddə olduqları şeyi (əzabın nazil olmasını) gətirmişik.
Əl-Hicr surəsi
Ayə 64
«Və Biz sənin üçün haqq xəbəri və doğru vədi gətirmişik və şübhəsiz, biz düz danışanlarıq».
Əl-Hicr surəsi
Ayə 65
«Odur ki, gecənin bir yarısında öz ailəni yola sal, özün də onların arxasınca get, sizdən heç kim yerdə qalmasın (ya heç kim dönüb geriyə baxmasın) və əmr olunduğunuz səmtə tərəf yola düşün».
Əl-Hicr surəsi
Ayə 66
Və Biz mütləq baş verəcək bu işi ona vəhy etdik ki, bunların kökü səhəri açarkən kəsiləcəkdir.
Əl-Hicr surəsi
Ayə 67
Və (o halda) şəhər əhli sevincək gəldi.
Əl-Hicr surəsi
Ayə 68
Lut dedi: «Bunlar mənim qonaqlarımdır, məni (bu biabırçı işinizlə) rüsvay etməyin».
Əl-Hicr surəsi
Ayə 69
«Və Allah(ın əzabın)dan qorxun və məni xar və başıaşağı etməyin».
Əl-Hicr surəsi
Ayə 70
Dedilər: «Məgər sənə dünya adamlarını (onları dəvət etməyi, sığınacaq verməyi və onları qonaq etməyi) qadağan etməmişik?!»
Əl-Hicr surəsi
Ayə 71
Dedi: «Əgər bir iş görmək istəyirsinizsə, bunlar mənim qızlarımdır.» (Öz qızlarına, yaxud onların özlərinin peyğəmbərin qızları yerində olan arvadlarına işarə etdi).
Əl-Hicr surəsi
Ayə 72
Sənin canına and olsun ki, onlar öz (küfr, günah və şəhvət) məstliklərində çaşqın və sərgərdan idilər.
Əl-Hicr surəsi
Ayə 73
Və (nəhayət) günəş çıxan zaman onları (göydən gələn) bağırtı yaxaladı.
Əl-Hicr surəsi
Ayə 74
Beləliklə, onların şəhərlərini alt-üst etdik və onlara gil daşlardan yağış yağdırdıq.
Əl-Hicr surəsi
Ayə 75
Şübhəsiz, bunda (bu hadisədə) ağıl və şüur sahibləri üçün (Allahın qüdrət və qəzəbi, bəndənin azğınlığının sonu barəsində) nişanələr vardır.
Əl-Hicr surəsi
Ayə 76
Və əlbəttə, o (viran edilmiş həmin şəhərlər) yol üzərində hələ də qalmaqdadır (və ibrət götürmək üçün bir amildir).
Əl-Hicr surəsi
Ayə 77
Və həqiqətən bunda (bu hadisədə) iman əhli üçün (Haqqın qüdrəti və batilin cəzası barəsində) bir nişanə vardır.
Əl-Hicr surəsi
Ayə 78
Və həqiqətən «Əykə»nin (Şüeybin qövmünün məskunlaşdığı çox sıx ağaclı diyarın) əhalisi zalım idi.
Əl-Hicr surəsi
Ayə 79
Beləliklə, Biz onlardan intiqam aldıq. (Hud surəsinin 94-cü ayəsinə müraciət edin.) Və əlbəttə, o ikisi (Lut və Şüeybin qövmlərinin məskənləri) açıq-aşkar yol üstündədir.
Əl-Hicr surəsi
Ayə 80
Və həqiqətən Hicr əhalisi (Salehin ümməti olan Səmud qövmü) Allahın peyğəmbərlərini təkzib etdilər.