Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Əl-Hicr surəsi" üzrə 99 ayə tapıldı. (41 - 60 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əl-Hicr surəsi

Ayə 41
(İblis onların az bir qismindən başqa hamısını ixtiyari hidayətdən çıxarıb məcburi şəkildə azdıracağını iddia etdi.) Allah buyurdu: «Bu, (onları ixtiyari hidayət və zəlalət yolunda qoymaq), Mənim öhdəmdə olan düz yoldur (və hər bir qüdrətdən xaricdir)».

Əl-Hicr surəsi

Ayə 42
«Və şübhəsiz, sənin Mənim bəndələrim üzərində heç bir hökmün yoxdur, (onlar yol seçməkdə həmişə ixtiyara malikdirlər), tamamilə sənə tabe olan azğınlardan başqa»!

Əl-Hicr surəsi

Ayə 43
«Və onların hamısının vədə yeri, mütləq Cəhənnəmdir».

Əl-Hicr surəsi

Ayə 44
Onun yeddi qapısı vardır, hər qapı(dan daxil olmaq) üçün onların bir hissəsi bölünmüşdür. [Yaxud: Onun yeddi təbəqəsi vardır ki, hər bir təbəqə üçün cəzalarının müxtəlifliyinə görə onların bir dəstəsi bölünmüşdür.

Əl-Hicr surəsi

Ayə 45
Və həqiqətən təqvalılar (o dünyada) bağlarda və bulaqlar(ın başın)da olacaqlar.

Əl-Hicr surəsi

Ayə 46
(Daxil olan zaman onlara) «(Allah və mələklər tərəfindən olan) salamla oraya daxil olun ki, (hər hansı bir zərər-ziyandan, xüsusilə fani olmaqdan və müddətin sona çatmasından) amanda olacaqsınız».

Əl-Hicr surəsi

Ayə 47
Və onların qəlblərində olan kin-küdurəti (batil düşüncələr və xarab xislətləri) elə çıxarıb atdıq ki, taxtlar üzərində qardaşcasına bir-birlərinin qarşısında əyləşərlər.

Əl-Hicr surəsi

Ayə 48
Orada onlara əsla bir zəhmət yetişməz və onlar oradan əsla çıxarılmazlar.

Əl-Hicr surəsi

Ayə 49
(Ya Peyğəmbər!) Mənim bəndələrimə xəbər ver ki, şübhəsiz, çox bağışlayan və mehriban Mənəm!

Əl-Hicr surəsi

Ayə 50
Və həmin ağrılı əzab (da) Mənim əzabımdır.

Əl-Hicr surəsi

Ayə 51
Və onlara İbrahimin qonaqlarından xəbər ver.

Əl-Hicr surəsi

Ayə 52
Onlar onun hüzuruna daxil olub «salam!» deyən zaman o (İbrahim) dedi: «Həqiqətən biz, (vaxtsız və icazəsiz gəldiyinizə görə) sizdən qorxuruq.»

Əl-Hicr surəsi

Ayə 53
Dedilər: «Qorxma, biz səni (İshaq adlı) bilikli bir oğulla müjdələyirik (ki, o, vəhy vasitəsilə din elmləri və səmavi kitablardan xəbərdar olacaqdır)».

Əl-Hicr surəsi

Ayə 54
Dedi: «Qocalığın mənə yetişdiyi bir halda mənə müjdə verirsiniz?! Belə olan halda, mənə nə müjdə verirsiniz?»

Əl-Hicr surəsi

Ayə 55
Dedilər: «Sənə düzgün (haqq və sabit) bir (işə görə) müjdə verdik. Buna görə də əsla naümidlərdən olma».

Əl-Hicr surəsi

Ayə 56
Dedi: «Öz Rəbbinin rəhmətindən azğınlardan başqa kim naümid olar?!»

Əl-Hicr surəsi

Ayə 57
Dedi: «Ey elçilər, bəs sizin (əsl) işiniz nədir?»

Əl-Hicr surəsi

Ayə 58
Dedilər: «Biz günahkar bir qövmə (Lut qövmünə) göndərilmişik (ki, onları həlak edək)».

Əl-Hicr surəsi

Ayə 59
«Lutun ailəsi istisna olmaqla. Biz onların hamısına mütləq nicat verəcəyik.»

Əl-Hicr surəsi

Ayə 60
«Onun (nicat tapacaq ailə üzvlərindən də) zövcəsi müstəsnadır ki, onun (imansızlığına görə) mütləq (Lut qövmünün əzabda) qalanlar(ın)dan olmasını qərara almışıq».
114 Sürə
6236 Ayə
99 Tapılan Nəticə
5 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar