Əl-Hicr surəsi · 84-cü ayə

Beləliklə (məskən, övlad və var-dövlət kimi) kəsb etdikləri şey onlardan (Allahın əzabından heç nəyi) dəf etmədi.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 84
MÖHSÜN QƏRAƏTİ 16.12.2025

"Əldə etdikləri karlarına gəlmədi.”

Nöqtələr
"Hicr” Səmud qövmünün yaşadığı şəhərin adıdır. Ümumi şəkildə yaşayış yeri "hicr” adlanır. "Hicr” əslində ananın qucağı mənasını bildirir. "Hicri-İsmail”, "hucrə” sözləri "hicr” sözündəndir. Surənin adı bu ayədən götürülmüşdür.
"Mursəlin” sözündən belə anlaşılır: Hicr əshabının həzrət Salehdən başqa bir peyğəmbərləri olmuşdur. Bəziləri deyirlər ki, bir peyğəmbərin təkzibi bütün peyğəmbərlərin təkzibi olduğundan "mursəlin” sözü cəm formadadır.
"Səyhə” dedikdə ildırım nəzərdə tutulur.
Bildirişlər
1. Bütün peyğəmbərlərin möcüzəsi olmuşdur.
2. İnadkar insanlar düşünmək üçün özlərinə macal vermirlər.
3. Haqqa arxa çevirmək və ilahi insanlara etinasızlıq göstərmək bəziləri üçün adətdir.
4. Daşdan tikilmiş evlərinizin möhkəmliyi ilə qürrələnməyin. Allahın iradəsi qarşısında uçulub dağılasıdır.

Tez-tez Verilən Suallar

Əl-Hicr surəsi 84-cü ayə haqqında suallar və cavablar

Əl-Hicr surəsinin 84-cü ayəsi nə haqqındadır?
Beləliklə (məskən, övlad və var-dövlət kimi) kəsb etdikləri şey onlardan (Allahın əzabından heç nəyi) dəf etmədi.
Əl-Hicr surəsi 84-cü ayə hansı surədə yerləşir?
Əl-Hicr surəsi Quran-ı Kərimin 15-ci surəsidir. Bu surə Məkkəvi surədir və 84-cü ayə Əl-Hicr surəsinin tərkib hissəsidir.
Əl-Hicr surəsi 84-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Hicr surəsinin 84-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Hicr surəsi 84-cü ayənin təfsiri nədir?
"Əldə etdikləri karlarına gəlmədi.”Nöqtələr"Hicr” Səmud qövmünün yaşadığı şəhərin adıdır. Ümumi şəkildə yaşayış yeri "hicr” adlanır. "Hicr” əslində ananın qucağı mənasını bildirir. "Hicri-İsmail”, "hucrə” sözləri "hicr” sözündəndir. Surənin adı bu ayədən götürülmüşdür."Mursəlin” sözündən belə anlaşılır: Hicr əshabının həzrət Salehdən başqa bir peyğəmbərləri olmuşdur. Bəziləri deyirlər ki, bir peyğəmbərin təkzibi bütün peyğəmbərlərin təkzibi olduğundan "mursəlin” sözü cəm formadadır."Səyhə” dedik...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.