Əl-Hicr surəsi · 96-cı ayə

Həmin o kəslər(in) ki, Allaha digər bir məbudu şərik qoşurlar. Tezliklə biləcəklər!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 96
MÖHSÜN QƏRAƏTİ 16.12.2025
"Allahla yanaşı başqa məbud qərar verənlər tezliklə həqiqəti anlayacaqlar.”
Nöqtələr
«Səd» dedikdə yarmaq, aşkar etmək mənası başa düşülür.
Möhtərəm Peyğəmbər (s) 3 il xalqa gizli şəkildə təbliğ etdi. "Sənə əmr olanı aşkarla” ayəsi nazil olduqdan sonra o öz dəvətini aşkarlayıb xalqa buyurdu: "Əgər mənim dəvətimi qəbul etsəniz, dünya və axirətin hökumət və izzəti sizindir.” Amma onlar həzrəti məsxərəyə qoydular və Peyğəmbərin (s) əmisi Əbu-Talibin yanına gedib şikayət etdilər ki, Məhəmməd bizim cavanlarımızı aldadır. Onlar Peyğəmbərə (s) dəvətindən əl çəkməsi müqabilində pul, qadın və məqam təklif etdilər. Həzrət Peyğəmbər (s) öz əmisinə buyurdu: "Əmican, mənim sözüm ilahi vəhydir və heç vaxt bundan əl çəkmərəm!” Kafirlər Əbu-Talibdən Məhəmmədi (s) satın almaq istəsələr də, Əbu-Talib onların bu istəyini qəbul etmədi.
Bildirişlər
1. Təbliğin mərhələləri var. Təbliğ bəzən aşkar, təqiyyə üçün məxfi olur.
2. Təbliğatçı müxaliflərin hay-küyünə məhəl qoymamalıdır.
3. Bir insana ağır iş tapşırarkən onu himayə və təmin etməlisiniz.
4. Allahın himayəsi qətidir.
5. Haqq və məntiqi söz heç vaxt müxalifsiz olmur.
6. Əgər onlar səni məsxərəyə qoysalar, nigaran olma, çünki onlar Allahın da hörmətini saxlamırlar.
7. Allahdan qeyrilərinin sorağınca gedənlər öz səhvlərini anlayacaqlar.

Tez-tez Verilən Suallar

Əl-Hicr surəsi 96-cı ayə haqqında suallar və cavablar

Əl-Hicr surəsinin 96-cı ayəsi nə haqqındadır?
Həmin o kəslər(in) ki, Allaha digər bir məbudu şərik qoşurlar. Tezliklə biləcəklər!
Əl-Hicr surəsi 96-cı ayə hansı surədə yerləşir?
Əl-Hicr surəsi Quran-ı Kərimin 15-ci surəsidir. Bu surə Məkkəvi surədir və 96-cı ayə Əl-Hicr surəsinin tərkib hissəsidir.
Əl-Hicr surəsi 96-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Hicr surəsinin 96-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Hicr surəsi 96-cı ayənin təfsiri nədir?
"Allahla yanaşı başqa məbud qərar verənlər tezliklə həqiqəti anlayacaqlar.”Nöqtələr«Səd» dedikdə yarmaq, aşkar etmək mənası başa düşülür.Möhtərəm Peyğəmbər (s) 3 il xalqa gizli şəkildə təbliğ etdi. "Sənə əmr olanı aşkarla” ayəsi nazil olduqdan sonra o öz dəvətini aşkarlayıb xalqa buyurdu: "Əgər mənim dəvətimi qəbul etsəniz, dünya və axirətin hökumət və izzəti sizindir.” Amma onlar həzrəti məsxərəyə qoydular və Peyğəmbərin (s) əmisi Əbu-Talibin yanına gedib şikayət etdilər ki, Məhəmməd bizim cava...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.