Əl-Hicr surəsi · 90-cu ayə

Bölənlərə (əzab) nazil etdiyimiz kimi!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 90
MÖHSÜN QƏRAƏTİ 16.12.2025
"İlahi ayələri parçalayanlara göndərdiyimiz kimi (onlara da əzab göndərərik). Onlar ki, Quranı parça-parça etdilər! (Xeyirlərinə olanı qəbul edib, qalanını boşladılar).”
Nöqtələr
"Muqtəsimin” sözü təfsirlərdə 3 cür mənalandırılmışdır. Həcc əyyamında qüvvələrini Məkkəyə giriş yollarında paylaşdırıb müsafirlərə Məhəmmədin (s) kahin, sehrbaz, divanə olduğunu çatdıran küfr başçıları; Quranı hissə-hissə bölüb, hər hissənin oxşarını hazırlamağı öhdəsinə götürmüş dəstə; Quranın bir hissəsinə əməl edib, digər hissəsini boşlayanlar.
"İzin” sözü ya "izzə” sözünün cəm forması olub höcətləşmə, ya da "üzv” sözündən olub, hissə-hissə bölmək mənasını verir.
Bildirişlər
1. Tarixdən ibrət götürək.
2. Günahların cəzasına münasibətdə ilahi sünnələr, qanunlar sabit və dəyişməzdir.
3. Səmavi kitabı hissə-hissə bölənlərin cəzası Allahın qəhr-qəzəbidir.
4. Ləyaqətsiz insanlar tərəfindən səmavi kitabın təhrifi və hissələrə bölünməsi təzə iş deyil. (Yalnız Quranı tam şəkildə qəbul edən insan mömindir.)
5. Məbada, Quranın fiqhi ayələrini öyrənib, qalan hissəsini boşlayaq!

Tez-tez Verilən Suallar

Əl-Hicr surəsi 90-cu ayə haqqında suallar və cavablar

Əl-Hicr surəsinin 90-cu ayəsi nə haqqındadır?
Bölənlərə (əzab) nazil etdiyimiz kimi!
Əl-Hicr surəsi 90-cu ayə hansı surədə yerləşir?
Əl-Hicr surəsi Quran-ı Kərimin 15-ci surəsidir. Bu surə Məkkəvi surədir və 90-cu ayə Əl-Hicr surəsinin tərkib hissəsidir.
Əl-Hicr surəsi 90-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Hicr surəsinin 90-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Hicr surəsi 90-cu ayənin təfsiri nədir?
"İlahi ayələri parçalayanlara göndərdiyimiz kimi (onlara da əzab göndərərik). Onlar ki, Quranı parça-parça etdilər! (Xeyirlərinə olanı qəbul edib, qalanını boşladılar).”Nöqtələr"Muqtəsimin” sözü təfsirlərdə 3 cür mənalandırılmışdır. Həcc əyyamında qüvvələrini Məkkəyə giriş yollarında paylaşdırıb müsafirlərə Məhəmmədin (s) kahin, sehrbaz, divanə olduğunu çatdıran küfr başçıları; Quranı hissə-hissə bölüb, hər hissənin oxşarını hazırlamağı öhdəsinə götürmüş dəstə; Quranın bir hissəsinə əməl edib, d...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.