Əl-Hicr surəsi · 88-ci ayə

Gözlərini onların bəzilərini bəhrələndirdiyimiz şeylərə dikmə və onlara (iman gətirməyənlərə) görə qəmgin olma və öz təvazökarlıq qanadını möminlər(in üstün)ə sər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 88
MÖHSÜN QƏRAƏTİ 16.12.2025

"(Ey peyğəmbər!) Kafirlərdən olan qruplar üçün ləzzət qərar verdiyimiz şeyə göz dikmə, onlara görə qəm yemə, möminlərə məhəbbət ağuşunu aç.”

Nöqtələr
Qadağa bəzən günahdan öncə, xəbərdarlıq məqsədi ilə bəyan olunur. Möhtərəm peyğəmbərlər kafirlərin dünyasına heç vaxt rəğbət göstərmədilər. Bu səbəbdən də Allahın qadağası xəbərdarlıq mahiyyəti daşıyır. Möminlərə kafirlərin dünyasına göz dikməmək əmri verilir.
Başqalarının əlində olana göz dikən şəxsin qəm-qüssəsi artar, onun narahatlığına çarə tapılmaz.”
Quranın Peyğəmbər (s) və möminlərə ciddi tapşırıqlarından biri iman əhli ilə mülayim, mərhəmətli və səbirli rəftardır. "Daim Rəbbini çağıran kəslərə qarşı səbirli davran.” ; "İman əhli möminlərə qarşı təvazökar, bir-birləri ilə mehribandırlar.”
"Əzvac” sözü həm kişi, həm də qadına aiddir. Burada xalqın və kafirlərin zümrələri də nəzərdə tutula bilər.
Bildirişlər
1. Başqalarının imkanlarına göz yumub öz imkanlarınıza arxalanın. İxtiyarında Quran olan şəxs kafirlərin dünyasına könül verməz.
2. Dünya nemətlərinə təslim olmayın. ("Çünki dünya həm cüzidir, həm də ötəridir. Dünya kimsə üçün açılmamış bir qönçədir.)
3. Göz dikmək insanın qəlbində məhəbbət və bağlılıq yaradır. Əsir olmamaq üçün baxmamağa çalışın. Günah və azğınlığın qarşısını ilk addımda almaq lazımdır.
Aman göz əlindən, könül əlindən,
Göz görəni könül sevəsi hökmən.
4. Yalnız özü maddiyyata əsir olmayanlar xalqı mənəviyyata sövq edə bilərlər.
5. Dünya ardınca qaçanların çoxu ona çatmır.
6. Hidayət ləyaqəti olmayanlara görə qəm çəkmək lazım deyil.
7. Dünya və dünyapərəstlərə qarşı təvazö və mülayimliyə yol verilməməlidir. Dindarlarla xoş rəftar isə davamlı olmalıdır.
8. Rəhbər və tərbiyəçi xalqa qarşı mülayim və mərhəmətli olmalıdır.

Tez-tez Verilən Suallar

Əl-Hicr surəsi 88-ci ayə haqqında suallar və cavablar

Əl-Hicr surəsinin 88-ci ayəsi nə haqqındadır?
Gözlərini onların bəzilərini bəhrələndirdiyimiz şeylərə dikmə və onlara (iman gətirməyənlərə) görə qəmgin olma və öz təvazökarlıq qanadını möminlər(in üstün)ə sər.
Əl-Hicr surəsi 88-ci ayə hansı surədə yerləşir?
Əl-Hicr surəsi Quran-ı Kərimin 15-ci surəsidir. Bu surə Məkkəvi surədir və 88-ci ayə Əl-Hicr surəsinin tərkib hissəsidir.
Əl-Hicr surəsi 88-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Hicr surəsinin 88-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Hicr surəsi 88-ci ayənin təfsiri nədir?
"(Ey peyğəmbər!) Kafirlərdən olan qruplar üçün ləzzət qərar verdiyimiz şeyə göz dikmə, onlara görə qəm yemə, möminlərə məhəbbət ağuşunu aç.”NöqtələrQadağa bəzən günahdan öncə, xəbərdarlıq məqsədi ilə bəyan olunur. Möhtərəm peyğəmbərlər kafirlərin dünyasına heç vaxt rəğbət göstərmədilər. Bu səbəbdən də Allahın qadağası xəbərdarlıq mahiyyəti daşıyır. Möminlərə kafirlərin dünyasına göz dikməmək əmri verilir.Başqalarının əlində olana göz dikən şəxsin qəm-qüssəsi artar, onun narahatlığına çarə tapılm...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.